Pakistanda silahlı şəxslərin naziri qaçırmasının ANBAAN GÖRÜNTÜLƏRİ – FOTO/VİDEO

Read Time:46 Second

Pakistanın Peşəvər şəhərində Xayber-Paxtunxva əyalətinin ictimai işlər və kommunikasiya naziri Fazal Şakur Xan qaçırılıb. Silahlı şəxslər məmurun hərəkət etdiyi avtomobili saxlayaraq onu naməlum istiqamətə aparıblar. Polis hadisə ilə bağlı genişmiqyaslı araşdırmalara başlayıb.

Cenubtv.Az xəbər verir ki, bu barədə Noctu.ru məlumat yayıb.

Maskalanmış silahlılar naziri gündüz vaxtı Peşəvərdəki nəzarət-buraxılış məntəqəsində ələ keçiriblər.

Polisin ilkin məlumatına əsasən, Fazal Şakur, onun sürücüsü Kayser Xan və polis nəfəri Mücahid bazar ertəsi günortadan sonra M-1 ödəniş məntəqəsinin yaxınlığından qaçırılıblar. Mülki geyimli naməlum şəxslər maşının qarşısını kəsərək təkərlərə atəş açıblar və hər üç şəxsi gizli məkana aparıblar. Xidməti avtomobil isə hadisə yerində qalıb.

PTI partiyasının nümayəndələri tərəfindən paylaşılan videoda bir neçə maskalı şəxsin nazirin avtomobilinə yaxınlaşaraq təkərlərinə atəş açması aydın şəkildə əks olunub.

Nazirin qaçırılması ilə əlaqədar Xayber-Paxtunxva Assambleyası təcili iclas keçirib.

“Bu cür hadisələr əyalətdə sanki hərbi vəziyyətin hökm sürdüyü təəssüratını yaradır”, – deyə spiker Babar Səlim Svati məsələ ilə bağlı bildirib.

Pakistanda silahlı şəxslərin naziri qaçırmasının ANBAAN GÖRÜNTÜLƏRİ - FOTO/VİDEO

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Türkiyədə məktəblilərə atəş açan şəxs barədə şok detallar açıqlandı
Next post “Qeyrətin çatırsa, vur” deyən arvadını bıçaqlayan kişi azadlığa buraxıldı
nordicnodes free tools to grow your website & social media..