13 il əvvəlki amansız qətlin üstü açıldı – Saxlanılan var

Read Time:1 Minute, 18 Second

Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb.

Cenubtv.Az Oxu.Az – a istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Belə ki, 2013-cü il avqustun 5-də saat 20 radələrində Şəmkir şəhər sakini, 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı mənzildə xüsusi amansızlıqla qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsində davam etdirilib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən birgə və koordinasiyalı şəkildə aparılmış kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayon sakini Xəyal Məmmədovun tamah məqsədilə Kifayət Məhərrəmovanı yaşadığı mənzildə cib bıçağı ilə çoxsaylı zərbələr endirməklə xüsusi amansızlıqla qəsdən öldürməsinə, daha sonra mənzildən 100 manat pul və çoxsaylı qızıl-zinət əşyalarını götürərək hadisə yerindən uzaqlaşmasına əsaslı şübhələr müəyyən edilib.

Xəyal Məmmədov şübhəli şəxs qismində verdiyi ifadəsində və ifadəsinin yerində yoxlanılması zamanı qeyd olunan cinayət əməlini törətdiyini etiraf edib.

X.Məmmədov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) və 120.2.5-ci (tamah məqsədi ilə adam öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Şəmkir Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, ötən illərdə bağlı qalmış cinayətlərin, o cümlədən itkin düşmüş şəxslərlə bağlı faktların araşdırılması və üstünün açılması Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır. Bu istiqamətdə aidiyyəti qurumların qarşılıqlı əməkdaşlığı çərçivəsində kompleks tədbirlər davam etdirilir.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Cəlilabadda gözətçi fermada ehtiyatsızlıqdan özünü vurdu
Next post Doğum sayının azalması müzakirə edildi – Video
Get real visitors for free — plus bonus credits from your automated referral network.