Bakıda kişi 14 yaşlı oğlanı pul vədi ilə oğurluğa cəlb etdi

Read Time:57 Second

Bakıda yetkinlik yaşına çatmayan şəxsi cinayətə cəlb edən şəxs həbs olunub.

Cenubtv.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib.

İttiham aktına əsasən, 34 yaşlı Mirzə İbadov (şərti ad) 14 yaşlı Şakiri (şərti ad) pul qazanmaq vədi ilə şirnikləndirərək marketlərdən birini qarət etməyə cəlb edib.

Onlar gecə saat 2 radələrində supermarketlərdən birinin arxa qapısının açıq olmasından istifadə edərək içəri daxil olublar. Marketdən 800 manat dəyərində kompüter, 917 manatlıq siqaret, 15 manat dəyərində 50 ədəd alışqan və 170 manat nağd pul oğurlayıblar. Nəticədə zərərçəkənə ümumilikdə 1 902 manat məbləğində ziyan vurulub.

Faktla bağlı Mirzə İbadov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddələrlə cinayət işi başlanılıb.

M.İbadov ifadəsində bildirib ki, marketdən oğurluq edərkən əvvəlcə kameraları söküblər. O, oğurladıqları siqaretləri “28 May” ərazisində satdıqlarını, əldə etdikləri pulu isə Şakirlə aralarında böldüklərini deyib.

Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək zərərçəkəndən üzr istəyib. O, həmçinin azadlıqda qalacağı təqdirdə işləyərək dəymiş ziyanı ödəyəcəyini bildirib.

Zərərçəkən tərəf isə yalnız kompüterin geri qaytarıldığını, digər ziyanın ödənilmədiyini deyib. O, buna görə şikayətçi olduğunu bildirərək məhkəmədən ədalətli qərar verilməsini istəyib.

Məhkəmənin qərarı ilə Mirzə İbadov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Bakı-Sumqayıt yolunda qəza – Video
Display a subtle, non intrusive ad bar on your site to earn automatic traffic credits.