Bakıda yeniyetmənin ölümündə “Roblox” izi: Baş Prokurorluqdan AÇIQLAMA

Read Time:1 Minute, 30 Second

Sentyabrın 13-də Bakı şəhərinin Xətai rayonunda yetkinlik yaşına çatmayan şəxsin ölməsi ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumat yayıb.

Bildirilib ki, ilkin araşdırma zamanı yeniyetmənin həyatına son qoymaq məqsədilə hündürmərtəbəli binadan özünü atdığı müəyyən edilib.

Hazırkı vaxtadək keçirilən prosessual hərəkətlər nəticəsində yeniyetmənin “Roblox” oyun platformasında qarşılaşdığı, onun psixoloji vəziyyətinə mənfi təsir göstərən zərərli məzmun və çağırışların təsiri nəticəsində bu addımı atdığı müəyyən olunub.

Hadisənin bütün səbəb və halları, o cümlədən yeniyetmənin istifadə etdiyi elektron qurğular vasitəsilə daxil olduğu internet resursları, qarşılaşdığı məzmunun xarakteri və həmin məzmunun onun psixoloji vəziyyətinə və davranışına mümkün təsirinin yoxlanılır.

Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Baş Prokurorluq bu hadisəni uşaqların internet məkanı və sosial şəbəkələrdə qarşılaşa biləcəyi təhlükələrə, xüsusilə onların psixoloji vəziyyətinə və davranışlarına mənfi təsir göstərə bilən məzmun və çağırışlara qarşı diqqətin artırılmasının vacibliyini göstərən ciddi hal kimi qiymətləndirir.

Valideynlər tərəfindən uşaqların internet və sosial platformalardan istifadəsinə xüsusi həssaslıqla yanaşılması, onların istifadə etdikləri elektron qurğulara, platformalara və daxil olduqları məzmuna nəzarəti gücləndirilməsi, elektron qurğuların təhlükəsizlik imkanlarından istifadə etməklə uşaqların onlayn fəaliyyətinin izlənilməsi vacibdir.

Eyni zamanda, uşaqların davranışında və gündəlik vərdişlərində baş verən dəyişikliklərə diqqət yetirilməsi, onları narahat edən və ya təsir altında saxlayan məzmun və çağırışların vaxtında müəyyənləşdirilməsi, belə hallarda uşaqlarla açıq və etibarlı ünsiyyət qurulması mühüm əhəmiyyət daşıyır.

Valideynlər nəzərə almalıdırlar ki, internet və sosial şəbəkələrdə hər bir məzmun zərərsiz və əyləncə xarakteri daşımır. Yaş həddinə uyğun olmayan, psixoloji təsir göstərən və təhlükəli davranışlara sövq edə bilən məzmunlar uşaqlar üçün ciddi həyati risk yarada bilər. Bu səbəbdən onların virtual mühitdə təhlükəsizliyinin təmin edilməsi valideyn nəzarəti, diqqətli müşahidə və davamlı ünsiyyətlə müşayiət olunmalıdır.

Baş Prokurorluq valideynləri və cəmiyyətin bütün üzvlərini uşaqların virtual mühitdə təhlükəsizliyinə məsuliyyətlə yanaşmağa, onları zərərli məzmun və təsirlərdən qorumaq üçün zəruri tədbirləri vaxtında görməyə çağırır.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Müəllimə gül almaq neçəyə başa gəlir? – Paytaxt mağazalarında son qiymətlər – VİDEO
Next post Ramiz Mehdiyevin CİNAYƏT İŞİ məhkəməyə göndərildi – Digər müttəhim kimdir?
Swaps Exchange contextual links automatically and build real site authority Exchange contextual links automatically and build real site authority ..