Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı

Read Time:1 Minute, 14 Second

Şimali Kiprin Girne sahillərində ölümü nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində 3-ü Azərbaycan vətəndaşı olmaqla doqquz nəfərin həbs müddəti daha yeddi gün uzadılıb.

Cenubtv.Az xəbər verir ki, bu barədə “Report”a Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu məlumat verib.

Belə ki, gəminin batması nəticəsində 14 nəfərin itkin düşməsi ilə bağlı Şimali Kiprdə aparılan istintaq çərçivəsində növbəti məhkəmə iclası keçirilib.

Orxan Həsənoğlu bildirib ki, bu gün keçirilən məhkəmə iclasında gəmidə çalışan Azərbaycan vətəndaşı olan heyət üzvlərinə – Rəşad İbrahimov, Qədir Quliyev və Valeh Hümbətova qarşı ayrıca ittiham elan edilməyib.

Hadisə ilə əlaqədar saxlanılan şəxslərlə bağlı “ehtiyatsızlıq və diqqətsizlik nəticəsində ölümə səbəb olma” ittihamı üzrə istintaq aparılır:

“Azərbaycan vətəndaşları şübhəli şəxs qismində deyil, baş vermiş faciənin ən yaxın şahidləri kimi dindirilməlidirlər. Onların gəminin idarə olunması, texniki vəziyyəti və səfərə yararlılığı ilə bağlı qərarların qəbul edilməsində əsas səlahiyyət sahibi olmadıqları nəzərə alınmalıdır”, – deyə Həsənoğlu bildirib.

Həsənoğlu bildirib ki, Azərbaycan vətəndaşı olan heyət üzvləri digər məsul şəxslərdən fərqli olaraq gəmini son mərhələdə tərk edib və sərnişinlərə kömək göstərmək üçün öz həyatlarını riskə atıblar.

“Onlar şübhəli şəxs qismində istintaqa cəlb edilməməlidirlər. Onlar baş vermiş faciənin ən yaxın şahidləri kimi dindirilməlidirlər. Hesab edirik ki, onların hadisə zamanı göstərdikləri davranış və sərnişinlərə kömək etmək cəhdləri istintaq zamanı hərtərəfli qiymətləndirilməlidir”, – deyə o vurğulayıb.

Sədr məlumat verib ki, polis istintaq qrupu hadisə baş verdiyi gündən bu günə qədər 300-ə yaxın izahat alıb.

Orxan Həsənoğlu Azərbaycan vətəndaşı olan heyət üzvlərinin hüquqlarının qorunması üçün bütün imkanlardan istifadə ediləcəyini bildirib.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Bakıda oyuncaq maşınla əsas yola çıxan şəxs müəyyən olunub – VİDEO
Next post “Qara duman” yaradan avtobusla bağlı tədbir görüldü – VİDEO
Link. 403 forbidden. Mahallesi taksi Çerkezköy en yakın taksi..