Bakıda oyuncaq maşınla əsas yola çıxan şəxs müəyyən olunub – VİDEO
Bakıda hərəkətin intensiv olduğu yola oyuncaq nəqliyyat vasitəsi ilə çıxaraq həm özünün, həm də digər sürücü və piyadaların həyatı üçün real təhlükə yaradan şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
Bu barədəCenubtv.Az Oxu.Az-a istinadən cavab olaraq bildirir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) məlumat verilib.
Qeyd olunub ki, sözügedən şəxs 2001-ci il təvəllüdlü, Mirzəli soyadlı şəxsdir.
“Onun barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür”, – məlumatda bildirilib.
Vurğulanıb ki, hərəkətin intensiv olduğu avtomobil yollarında bu cür təhlükəli davranışlar ağır nəticələrə səbəb ola bilər. Hər bir hərəkət iştirakçısı həm özünün, həm də digər şəxslərin həyat və sağlamlığının təhlükəsizliyinə məsuliyyətlə yanaşmalıdır.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabad bələdiyyəsinin rəhbərliyində kadr dəyişikliyi baş tutub.
Cenubtv.az-ın əldə etdiyi məlumata görө, bələdiyyədə keçirilən iclasda qurumun sədr müavini Rafiq Rüstəmov səs çoxluğu ilə bələdiyyənin yeni sədri seçilib....
Cəlilabadda “20 oktyabr – Energetiklər Günü” qeyd edilib
Cəlilabad rayonunda “20 oktyabr – Energetiklər Günü” qeyd edilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparat əməkdaşları, hüquq-mühafizə orqanlarının...
17 oktyabr 2026 qəhrəman şəhid Cəfərov Ayxan Camaləddin oğlunun anım günü
17 oktyabr 2026-cı il tarixində qəhrəman şəhidimiz Cəfərov Ayxan Camaləddin oğlunun anım günümərasimi Cəlilabad rayonunun Üçtəpə kəndində, ata ocağında...
Cəlilabadda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
https://youtu.be/RPVVvpsf-K8
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
Average Rating