Hacıqabulda ölümlə nəticələnən AĞIR QƏZA: Yaralıların vəziyyəti açıqlandı – ADLAR

Read Time:1 Minute, 20 Second

Hacıqabul rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların vəziyyətləri orta ağır qiymətləndirilir.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qeyd edilib ki, Bakı-Qazax avtomagistralının Muğan qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan dörd nəfər Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

“Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

67 yaşlı Budaq Əliyev, 54 yaşlı Xatirə Əliyeva və 29 yaşlı Turan Əliyevanın müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.

Vəziyyəti orta ağır qiymətləndirilən 1965-ci il təvəllüdlü Xankişi Əliyev isə ixtisaslı tibbi xidmət alması üçün Kliniki Tibbi Mərkəzə təxliyə edilib”.

Hacıqabulda ölənlərin və yaralananların olduğu ağır qəzaya dair bəzi detallar məlum olub hadisə bu gün səhər 07:30-da Bakı-Qazax avtomobil yolunun 122-ci kilometrliyində, Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı ölən H.Quliyev Sabunçu rayon sakini, həlak olan sərnişin Rahidə İmamverdi qızı Abdullayeva və avtomobildə olan dörd sərnişin – 61 yaşlı Xankişi Əliyev, 67 yaşlı Budaq Əliyev, 54 yaşlı Xatirə Əliyeva və 29 yaşlı Turan Əliyeva isə Abşeron rayonu Məmmədli kənd sakinləri olublar. Onların Tovuz rayonuna gedərkən qəzaya düşdükləri məlum olub.

Yaralılar Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib hadisə bu gün səhər 07:30-da Bakı-Qazax avtomobil yolunun 122-ci kilometrliyində, Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Həsən Vəli oğlu Quliyev 90-MK-953 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin idarəetməsini itirərək aşırıb. Hadisə nəticəsində H.Quliyev və sərnişini Rahidə İmamverdi qızı Abdullayeva həlak olublar, avtomobildə olan dörd sərnişin isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Sumqayıtda zəncirvari qəza: Beş avtomobil toqquşub
Next post Bakıda oyuncaq maşınla əsas yola çıxan şəxs müəyyən olunub – VİDEO
Link. 403 forbidden. Veliköy mahallesi taksi – Çerkezköy 7/24 taksi hizmeti Çerkezköy taksi çağır 0541 474 2811.