Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı

Read Time:1 Minute, 9 Second

Keçmiş arvadına məxsus “KIA Sorento” markalı avtomobili yandıran 46 yaşlı Səfa Seyidova (ad şərtidir) hökm oxunub.

Cenubtv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Abşeron Rayon Məhkəməsi onu Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi (əmlakı qəsdən məhv etmə) ilə təqsirli bilib.

Məlum olub ki, əvvəllər narkotiklərlə bağlı cinayətə görə məhkum edilmiş şəxs sintetik tiner məhlulu alaraq 12 il əvvəl boşandığı qadının avtomobilinin yanına gəlib. O, məhlulu Bakı-Şamaxı yolunun Abşeron rayonu, 28 May qəsəbəsindən keçən hissəsində dəyəri 32 min manat olan avtomobilin üzərinə tökərək od vurub. Nəticədə, qadına 6 470 manat zərər dəyib.

Zərərçəkmiş şəxs məhkəmədə bildirib ki, keçmiş əri ondan tez-tez pul tələb edib:

“2008-ci ildə Səfa ilə evlənmişəm, 2010-cu ildə qızımız dünyaya gəlib. 2014-cü ildə boşandıq və uşaq mənim himayəmdə qaldı. Səfa bu günə qədər aliment ödəməyib. Buna baxmayaraq, məndən mütəmadi olaraq spirtli içki üçün pul istəyir. Mən də hər dəfə xahişini nəzərə alıb Səfaya 2-3 manat civarında pul verirdim.

Hadisə günü keçmiş həyat yoldaşım yenə zəng edib pul istədi, bu dəfə imtina etdim. Mənə dedi ki, bu səbəbdən avtomobilimi yandıracaq. Mən də qorxumdan maşını Bakı-Şamaxı yolunun kənarında – mühafizə olunan yerdə saxladım. Saat 18 radələrində yol avtomobili ilə yaşadığım evə gəldim. Gecə saat 11 radələrində mənə zəng edib dedilər ki, maşının yanır”.

Məhkəmənin hökmü ilə Səfa Seyidova 3 il 8 ay həbs cəzası verilib. O, bu dəfə ciddi rejimli müəssisəyə göndərilib.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Beyləqanda ağır qəza: Ata həyatını itirdi, qızı yaralandı
Next post Cəlilabadda ağac hərəkətdə olan avtomobilin üzərinə aşıb – FOTO
Chương 5357 : Đại kết cục. Chính sách giao hàng sweety house năm 2026 – đúng hẹn và an toàn cho khách hàng. Comments https youtu.