“Atama psixoloji təzyiq göstərildi” – Poliqlot Aslan Məmmədzadədən ŞOK İDDİA – VİDEO

Read Time:1 Minute, 2 Second

Lənkəran Rayon Mərkəzi Xəstəxanasında uzun illər həkim kimi çalışan Etibar Məmmədovun əmək müqaviləsinə müddəti başa çatmamış xitam verildiyi iddia olunur.

Cənubtv.Az Oxu.Az-a istinadn  xəbər verir ki, bu barədə həkimin oğlu, poliqlot Aslan Məmmədzadə məlumat verib. O, atasının işdən çıxarılması zamanı qanunvericiliyin tələblərinə əməl edilmədiyini bildirib.

“Atam Etibar Məmmədov uzun müddət həkim-otorinolarinqoloq (LOR) kimi Lənkəran Rayon Mərkəzi Xəstəxanasında çalışıb. İki il əvvəl 65 yaşı tamam olduqda, xəstəxanada kadr çatışmazlığı olduğu üçün baş həkimin xahişi və təklifi ilə müqavilə əsasında fəaliyyətini davam etdirib.

Bu iki il ərzində xəstəxanada rəhbərlik dəyişib və İnsan Resursları şöbəsinin müdiri Elbəy Fətəliyev bu fürsətdən istifadə edərək atamın qarşısına müəyyən şərtlər qoyub. Atam həmin şərtləri qəbul etmədikdə isə onun üçün süni maneələr yaradıb, manipulyasiya edib və psixoloji təzyiq göstərib.

Nəticədə müqaviləsinin bitməsinə hələ altı ay qalmış atamı işdən çıxarıb. İşdən çıxarılma zamanı isə müvafiq prosedurlara və Əmək Məcəlləsinin tələblərinə riayət edilməyib”.

Aslan Məmmədzadə Cenubtv.Az-a bunun ciddi qanun pozuntusu və uzun illər səhiyyə sistemində çalışan həkimə qarşı hörmətsizlik olduğunu bildirib.

“Həkimlik çox şərəfli və məsuliyyətli peşədir. Gənc bir kadrın uzun illər səhiyyəyə xidmət etmiş həkimə bu cür yanaşması qəbuledilməzdir”, – deyə o qeyd edib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, məsələ aidiyyəti üzrə araşdırılacaq və nəticəsi barədə məlumat veriləcək.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Gəncədə QƏZA: Xəsarət alanlar var – FOTO
Next post Naxçıvanda zəncirvari QƏZA: Xəsarət alanlar var – FOTO
Link. 403 forbidden. ÇerkezkÖy taksi durağı Çerkezköy taksi çağır 0541 474 2811.