Badamdarda “şambo” dərdi: Tullantı suları yaşayış evinə ziyan vurur – VİDEO
Səbail rayonunun Badamdar qəsəbəsi, “3-cü massiv” adlanan ərazidə yaşayan vətəndaş tullantı sularının həyətinə axmasından şikayətçidir.
Ərazidə mərkəzləşdirilmiş kanalizasiya sisteminin olmaması səbəbindən sakinlər küçədə “şambo” qazdırıblar. Lakin quyunun vaxtlı-vaxtında boşaldılmaması nəticəsində yığılan çirkli sular daşaraq şikayətçinin həyətinə dolur. Vətəndaşın sözlərinə görə, yaranan antisanitar vəziyyət evdən çıxmağı çətinləşdirib, hətta tikiliyə zərər vurub.

Şikayətçi Kübra Poladova mövcud vəziyyətlə bağlı bunları deyib:
“Burada 8 qonşu “şambo” qazdırıb. Heç kim quyunu təmizlətməkdə maraqlı deyil. Hətta suları çəkmək üçün xüsusi avtomobilin əlaqə nömrəsini də onlara təqdim etmişik ki, problemi həll etsinlər, lakin nəticə yoxdur. Vəziyyət çox acınacaqlıdır, ərazidən keçmək mümkün olmur. Borulardan axan çirkli su birbaşa qapımızın ağzına dolur. Evimizin altı davamlı olaraq suyun içindədir”.
Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, qurumun və Səbail Rayon Sukanal İdarəsinin məsul şəxsləri tərəfindən qeyd olunan ünvana yerində baxış keçirilib və müvafiq izahat verilib. Aidiyyəti üzrə rəsmi müraciət olunub. Ünvan nəzarətə götürülüb.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabad bələdiyyəsinin rəhbərliyində kadr dəyişikliyi baş tutub.
Cenubtv.az-ın əldə etdiyi məlumata görө, bələdiyyədə keçirilən iclasda qurumun sədr müavini Rafiq Rüstəmov səs çoxluğu ilə bələdiyyənin yeni sədri seçilib....
Cəlilabadda “20 oktyabr – Energetiklər Günü” qeyd edilib
Cəlilabad rayonunda “20 oktyabr – Energetiklər Günü” qeyd edilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparat əməkdaşları, hüquq-mühafizə orqanlarının...
17 oktyabr 2026 qəhrəman şəhid Cəfərov Ayxan Camaləddin oğlunun anım günü
17 oktyabr 2026-cı il tarixində qəhrəman şəhidimiz Cəfərov Ayxan Camaləddin oğlunun anım günümərasimi Cəlilabad rayonunun Üçtəpə kəndində, ata ocağında...
Cəlilabadda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
https://youtu.be/RPVVvpsf-K8
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
Average Rating