Türkiyədə iki gəminin toqquşması ilə bağlı ilkin rəy açıqlandı: Kapitan kayutunda yatıbmış

Read Time:50 Second

Sentyabrın 2-də Mərmərə dənizində ALSU tankeri ilə “Tuğberk İmamoğlu” gəmisinin toqquşması faktı üzrə İstanbul şəhərinin Silivri Prokurorluğu tərəfindən aparılan təhqiqat çərçivəsində hazırlanan ilkin ekspert rəyi iş materiallarına əlavə edilib.

Cenubtv.Az bu barədə “Haber Global” telekanalına istinadən xəbər verir.

*Türkiyədə iki gəmi toqquşdu: İtkin düşənlər var – DETALLAR

Sənəddə bildirilir ki, Türkiyənin Silivri sahillərində “Tuğberk İmamoğlu” gəmisi toqquşmadan sonra batıb, heyət üzvləri isə itkin düşüb.

Rəydə qeyd olunur ki, hadisə vaxtı ALSU-nun kapitan körpüsündə təcrübəsiz ikinci kapitan köməkçisi olub, müşahidəçi və sükançı yerində olmayıb, kapitan isə öz kayutunda yatıb.

Ekspert komissiyası diqqətə çatdırıb ki, “Tuğberk İmamoğlu” gəmisində avtomatik müəyyənləşdirmə sistemi ya söndürülüb, ya nasaz olub, ya da xarici müdaxilələr səbəbindən adekvat işləməyib, bu səbəbdən də ALSU gəmisi yalnız 1.8 mil məsafədə radarda əks olunaraq aşkarlana bilib.

Hesabatda vurğulanır ki, qəzanın əsas səbəbi kapitan körpüsündə intizamın pozulması, növbə dəyişmə qaydalarının tamamilə gözardı edilməsi olub. “Tuğberk İmamoğlu”nun manevrinin toqquşmanı tətikləyən aktiv amil olduğu, lakin insidentin faciəyə çevrilməsinin kökündə ALSU tankerinin kapitan körpüsündəki zəifliyin dayandığı bildiriıir.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Şimali Kiprdə saxlanılan Azərbaycan vətəndaşlarını cəza gözləyir? – AÇIQLAMA
Next post “ChatGPT”, “Claude” və “Grok”un işində problemlər yaşanır
Link. 403 forbidden. Çerkezköy taksi Çağır | 7/24 en yakın taksi durağı.