Qəbələdə həmkəndlisinin xanımı ilə münasibəti olan müəllim HƏBS EDİLDİ

Read Time:1 Minute, 44 Second

Qəbələdə həmkəndlisinin xanımı ilə münasibəti olan kişi həbs edilib.

Cenubtv.Az Lent.az-a istinadən xəbər verir ki, rayonun kəndlərindən birinin sakini, Ədalət Mirişov (şərti adla) arvadının kənd müəllimi olan Hüseynqulu Cəfərovla (şərti adla) ona xəyanət etdiyini öyrənib. O bununla bağlı polisə müraciət edib. Kişi həmçinin iddiasında astma xəstəsi olduğu üçün təqaüd aldığını və arvadının həmin pulu da müəllimə xərclədiyini bildirib. Onun sözlərinə görə, arvadı təqaüd pullarını götürərək, Hüseynqulunun maşınının kreditinə və digər xərclərinə verib.

Şikayət əsasında polis əməkdaşları sonradan cinayət hadisəsi olmasın deyə, Hüseynqulunu izahat verməyə çağırıblar. Hüseynqulu isə şöbəyə gəlməkdən imtina edib və olduğu avtovağzalda ifadə vermək istədiyini bildirib. Lakin burada da Hüseynqulu ifadə vermək istəmədiyini deyib. Bu zaman o, şöbəyə aparılıb. Şöbədə saxlanılma və şikayət səbəbi ona izah olunanda isə Ədalət Mirişovu və onun arvadını nalayiq ifadələrlə söyüb.

Buna görə də, Hüseynqulu barəsində müvafiq maddə ilə inzibati protokol tərtib olunub.

Kənd məktəbində müəllim işləyən Hüseynqulu ifadəsində bildirib ki, Ədalətin xanımı Mahizər (şərti adla) onun maşın və telefonunun kreditlərini ödəməyib:

“Həmin xanımı tanıyıram. 2023-cü ildə həyat yoldaşımla birgə Mahizər xanım mənə sistem köçürməsi üçün onların evinə getdik. Biz gedən zaman onun əri evdə olan vaxt da olub, olmadığı vaxt da. Sistem vurdurmağa yoldaşım olmadan getməmişəm. Bir müddət sonra Mahizər xanımla münasibətlərimizin olması ilə bağlı söz-söhbətlər yarandı. Bir dəfə Gəncəyə gedəndə, Mahizər xanımı yolda görüb avtomobilə götürdüm, onu Bərdəyə qədər apardım və qayıdanda gətirdim. Bundan sonra onunla mesajlaşmağa və zəngləşməyə başladıq. Lakin sonradan ona bildirdim ki, bunları bitirək. Nəsə problem olanda, dar vəziyyətdə olanda mesajlaşmışıq.

Mahizər xanım ərindən şikayətçi idi, əri onu döyüb incidirmiş. Mahizər xanımı tanıyana kimi maşınımı almışdım, yəni Mahizər mənim kreditimi ödəməyib. Haqqımızda söz-söhbət yarandığı üçün Mahizər xanıma mesajlaşmaları bitirməyi dedim. Hətta onu bloka da atdım, onun yazdığı mesajlara cavab vermədim. Mahizər xanım başqa nömrələrdən zəng edirdi. O, bir dəfə zəng edəndə telefonu həyat yoldaşım açdı, həmin vaxt Mahizər mənə başqa nömrədən zəng edib. Həyat yoldaşım mesajları mənim telefonumdan götürüb Ədalətə atıb”.

Hüseynqulu son olaraq əməlindən peşman olduğunu və Mahizər xanımla münasibəti olduğu üçün xəcalət çəkdiyini bildirib.

Məhkəmənin qərarı ilə Hüseynqulu Cəfərov 4 gün müddətinə inzibati qaydada həbs edilib.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Bakıda gecə klubunda yanğın OLUB – VİDEO
Next post Katexdə növbəti ağır qəza: Ana və oğlu xəsarət aldılar – VİDEO
orihuela club de fútbol. Optimer dine ruter nu. Kızılpınar mahallesi taksi | Çerkezköy 7/24 en yakın taksi.