Salyanda avtomobil ananın gözü qarşısında oğlunu vuraraq öldürdü – ANBAAN VİDEO
Avqustun 21-i Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Cenubtv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Qarabağlı kəndində “Mercedes” markalı avtomobil yolu keçmək istəyən 32 yaşlı Sahil Əsgərlini vurub. Piyada xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən orada ölüb.
Qeyd edək ki, sosial mediada hadisəyə dair videogörüntülər yayılıb. Məlum olub ki, Sahil Əsgərli anası ilə birgə yolu keçmək üçün yaxınlaşıblar. Bu zaman Sahil yaxınlaşan avtomobilin sürətini düzgün hesablamayaraq yolun hərəkət hissəsinə çıxıb və qaçmaq istəyib. Nəticədə, o, nəqliyyat vasitəsinin zərbəsinə tuş gəlib. Anası isə yolun kənarında qalaraq hadisənin şahidi olub.
Faktla bağlı araşdırma aparılır.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Bakıda gecə klubunda yanğın OLUB – VİDEO
Bakının Nərimanov rayonunda gecə klubundakı yanğın söndürülüb. Bununla bağlı CenubtvAz-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi...
Bakıda yaşayış binasında yanğında XƏSARƏT ALAN VAR: Xəstəxanaya yerləşdirilib – VİDEO
Bakının Nəsimi rayonunda yaşayış binasında baş verən yanğın zamanı bir nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bu barədə Cenubtv.Az Oxu.Az-a istinadən...
Tovuzda DƏHŞƏT: Yeni qurulmuş ailədə QAN TÖKÜLDÜ – TƏFƏRRÜAT – VİDEO
Tovuz rayonunda 20 yaşlı Rufanə Nəbiyevanın əri tərəfindən boğaz nahiyəsindən bıçaqlanması hadisəsinin təfərrüatı məlum olub. Cenubtv.Az "Teleqraf"a istinadən xəbər verir ki,...
Lerikdə nasaz elektrik xətləri təhlükə saçır: Heyvanları cərəyan vurub – VİDEO
Lerik rayonunun Davradibi və Dico kəndlərində elektrik naqilləri və dirəklərin bərbad vəziyyətdə olması sakinlərin narazılığına səbəb olub. Baku TV-nin qaynar...
Dələduzluqda təqsirləndirilən şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib
Dələduzluqda ittiham olunan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib. Cenutv.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, Azərbaycan...
Novxanıda avtomobil marketə çırpılıb – VİDEO
Bu gün səhər saatlarında Novxanıda yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki hadisə zamanı avtomobil yoldan çıxaraq marketə...
Average Rating