Lerikdə nasaz elektrik xətləri təhlükə saçır: Heyvanları cərəyan vurub – VİDEO
Lerik rayonunun Davradibi və Dico kəndlərində elektrik naqilləri və dirəklərin bərbad vəziyyətdə olması sakinlərin narazılığına səbəb olub.
Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, elektrik xətlərindəki nasazlıqlar səbəbindən son iki il ərzində 5-6 iribuynuzlu mal-qara cərəyan vurması nəticəsində tələf olub və onlara külli miqdarda ziyan dəyib:
“Elektrik dirəkləri bərbad vəziyyətdədir. Örüş sahəsində iki heyvanımı elektrik cərəyanı vurub, 10 min manat ziyana düşmüşəm. Müraciət etmədiyim yer qalmayıb”.

Məsələ ilə bağlı “Azərişıq” ASC-dən bildirilib ki, Davradibi və Dico kəndlərinin 10 kilovoltluq hava xəttində 2025-2026-cı illərdə 39 ədəd qəzalı ağac dayaq yeni dəmir və kompozit dayaqlarla əvəzlənib:
“4 350 metr zədələnmiş naqil yenilənib, 1 000 metr məsafədə zədələnmiş naqillər dəyişdirilib, boşalmış naqillər tarımlaşdırılıb və 2.5 kilometr məsafədə budama işləri aparılıb.
Həmçinin iyul və avqust aylarında 21 ədəd qəzalı ağac dayaq yeni dəmir və kompozit dayaqlarla əvəzlənib, 3000 metr zədələnmiş naqil yenilənib və 0.8 kilometr məsafədə budama işləri aparılıb”.
Qurumun məlumatına görə, hazırda həmin xətdə əsaslı təmir işləri davam etdirilir.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
“İşə getsən, səni öldürəcəyəm” dedi, arvadını baltaladı – Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
Ağdamda həyat yoldaşını baltalamaqda təqsirləndirilən Ceyhun Salahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki,...
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb. Cenubtv.Az "Report"a istinadən xəbər verir ki, hadisə Yaşma bağları ərazisində yerləşən fərdi...
Otağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı
Şəmkirdə əkiz qardaşlar arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. Cenubtv.Az APA-ya istinadən xəbər verir ki, rayon sakini, 2008-ci il...
Tovuzda qadın dəm qazından boğularaq öldü
Tovuzda dəm qazından zəhərlənmə ölümlə nəticələnib. Cenubtv.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, rayon...
Bakıda avtomobillər toqquşdu: BYD aşdı – Video
Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə zamanı "BYD" və "Toyota" markalı avtomobillər toqquşub. Toqquşma...
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var – Foto
Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az "Report"a istinadən xəbər verir ki, hadisə Sülh prospektində qeydə alınıb. "Mercedes" markalı minik avtomobili...
Average Rating