“Doğuş” edən oyuncaqlar görənləri şoka saldı: “Açıq-aşkar cəmiyyəti pozurlar” – VİDEO
Uşaqlar üçün nəzərdə tutulan bəzi oyuncaqlar valideynlər arasında ciddi müzakirələrə səbəb olub. Söhbət hamiləlik və doğuş prosesini imitasiya edən kuklalardan gedir.
Baku TV-nin məlumatına görə, bəzi modellərdə kuklanın qarnından “dölü” çıxarmaq, göbəkbağını kəsmək və doğuş prosesini canlandırmaq mümkündür.
Mövzu ilə bağlı keçirilən sorğu zamanı sakinlər bildiriblər ki, bu cür oyuncaqlar azyaşlıları yaşlarına uyğun olmayan məlumatlarla erkən tanış edə bilər.

Vətəndaşlardan biri belə oyuncaqların uşaqların psixologiyasına mənfi təsir göstərə biləcəyini deyib: “Cəmiyyətimizi pozur. Uşaqlarımızın şüuruna mənfi təsir edir. Belə şeylər ümumiyyətlə tibbə aid olan məsələlərdir”.
Digər respondent isə oyuncaqlara qarşı daha sərt münasibət bildirib: “İmkanım olsa, elə adamları yer üzündən silərəm. Açıq-aşkar cəmiyyəti pozmaq deməkdir”.
Mütəxəssislər isə bildirirlər ki, burada əsas məsələ təkcə oyuncağın görünüşü deyil. Onun uşağın yaşına və inkişaf xüsusiyyətlərinə uyğunluğu mütləq nəzərə alınmalıdır.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
17 oktyabr 2026 qəhrəman şəhid Cəfərov Ayxan Camaləddin oğlunun anım günü
17 oktyabr 2026-cı il tarixində qəhrəman şəhidimiz Cəfərov Ayxan Camaləddin oğlunun anım günümərasimi Cəlilabad rayonunun Üçtəpə kəndində, ata ocağında...
Cəlilabadda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
https://youtu.be/RPVVvpsf-K8
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
“Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır” – Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?
Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda...
Heyvanlara işgəncə verənləri hansı cəza gözləyir? – Foto
Hər il oktyabrın 4-ü bütün dünyada Ümumdünya Heyvanların Mühafizəsi Günü kimi qeyd olunur. Lakin həmin gün heyvana qarşı amansızlıq faktı...
Average Rating