Ağstafada 15 yaşlı yeniyetmənin “TikTok” üçün çəkilişi faciə ilə nəticələndi – TƏFƏRRÜAT – VİDEO
Ağstafada 15 yaşlı yeniyetməni elektrik cərəyanı vurub.
Hadisə rayon ərazisində yerləşən dəmir yolu sahəsində baş verib.

Məlumata görə, rayon sakini Ömər Nəsibov “TikTok” platforması üçün video çəkmək istəyib. Bu məqsədlə o, vaqonlardan birinin üzərinə çıxıb. Bu zaman yeniyetməni elektrik cərəyanı vurub.
Ağır yanıq xəsarətləri alan Ö.Nəsibov Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin müdaxiləsi nəticəsində onun vəziyyəti stabilləşdirilib və müalicəsini davam etdirməsi üçün Bakıdakı xəstəxanalardan birinə göndərilib. Yeniyetmənin vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisənin şahidi Baku TV-yə bildirib:
“Evdə olarkən güclü partlayış səsi eşitdim. Çölə çıxanda bir nəfərin yandığını gördüm. Biz yaxınlaşana qədər o, yerə yıxıldı. Onu xəstəxanaya çatdırdıq. Sonradan məlum oldu ki, həmin şəxs dostumun qardaşı oğludur”.
Faktla bağlı araşdırma aparılır.
Ağstafada elektrik cərəyanı vuran yeniyetmənin son durumu açıqlanıb.
Bu barədə Cenubtv.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, avqustun 21-i saat 23:00-da 2011-ci il təvəllüdlü şəxs (kişi cinsli) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
“Yanıq xəsarətləri alan şəxsə ilkin tibbi xidmət göstərilib və daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub.
Sifətin, boyunun, hər iki yuxari ətrafların ön və arxa səthlərin III-IV dərəcə elektrotravmalı ağır dərəcəli termiki yanığı diaqnozu təyin edilən şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti kritik ağır qiymətləndirilir”.
Aygün Mirakif
Ağstafada azyaşlı bədbəxt hadisə nəticəsində xəsarət alıb.
Cenubtv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “TikTok” sosial şəbəkə platforması üçün video çəkmək istəyən azyaşlını elektrik cərəyanı vurub.
O, yanıq xəsarətləri ilə xəstəxanalardan birinə yerləşdirilib. Azyaşlının vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma başlanılıb.
![]()
Average Rating