Xalq artisti Şükufə Yusupovanı vuran sürücünün kimliyi məlum oldu

Read Time:1 Minute, 17 Second

Xalq artisti Şükufə Yusupovanı vuran sürücünün kimliyi məlum olub.

Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki hadisə ötən gün saat 18:00-da Həsən Seyidbəyli küçəsində baş verib.

Həsən Qorxmaz oğlu Hüseynli idarə etdiyi “Nissan Note” markalı 77-UD-238 dövlət nömrə nişanlı avtomobillə yolu keçən Xalq artisti Ş.Yusupovanı vurub.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Xalq artisti Şükufə Yusupovanı maşın vurub.

Bu barədə  onun bacısı oğlu Elman Ələsgərov məlumat verib.

O qeyd edib ki, hadisə ötən gün dünən metronun “İçərişəhər” stansiyasının yaxınlığında baş verib.

“Təxminən axşam saat 5-6 radələrində evindən çıxıb və elə evinin yaxınlığında piyada zolağının üstündə onu maşın vurub. Dünən deyirdilər çanağında sınıq var, bu gün deyirlər qabırğasında üç sınıq var. Hələ dəqiq məlumat verməyiblər. Vəziyyəti ilə bağlı dəqiq məlumatımız yoxdur, amma ağır deyil deyirlər. Hazırda reanimasiyadadır. Sadəcə nə yanına adam qoyurlar, nə də telefona icazə verirlər”, – deyə E.Ələsgərov bildirib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB)  cavab olaraq bildirilib ki, avqustun 21-i saat 18:44-da 1954-cü il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub:

“Xəstəyə dərhal ilkin zəruri tibbi xidmətlər göstərilib və müayinələr aparılıb. Aparılan müayinələrin nəticələrinə əsasən pasiyentə çanaq və qabırğanın sınıqları diaqnozları təyin edilib.

Hazırda xəstənin vəziyyəti ağır qiymətləndirilir, müalicəsi Reanimasiya şöbəsində davam etdirilir”, – deyə cavabda qeyd olunub.

Əzizə İsmayılova

Xalq artisti, “Şöhrət” ordenli aktrisa Şükufə Yusupova ağır avtoqəzaya düşüb.

Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

Xalq artisti Musa Nağıyev adına xəstəxanaya yerləşdirilib, əməliyyat tələb olunur. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Bakıda gecə saatlarında “BAHALI” QƏZA: 7 maşın toqquşdu – VİDEO
Next post Ağstafada “TikTok” üçün video çəkən azyaşlını CƏRƏYAN VURDU
Q thunder chicken – bead blast with rear end muzzle device. Effektivt planlægnings system for låsesmede hele vejen rundt. 港珠澳大橋已於 2018 年投入,super vip team 的港澳大橋包車服務讓您乘坐專貴轎車直達珠海澳口岸過關,而且沿路可以欣賞港珠澳大橋附近的景色,包括香港國際機場等。.