Səkkiz avtomobil götürdü, sonra ŞOK YAŞADI: Hər maşına dörd min manat cərimə – VİDEO
Baku TV-nin qaynar xəttinə “Xalq 11” lizinq şirkəti barədə şikayət daxil olub. Şikayətçi Murad Qədimov bildirir ki, 2025-ci ildə “Xalq 11” lizinq şirkətindən 8 avtomobil götürüb.
Onun sözlərinə görə, hər avtomobil üçün 8 min manat ilkin ödəniş edib, aylıq ödəniş isə 762 manat müəyyənləşdirilib.

Vətəndaş iddia edir ki, müqavilədə ödəniş tarixi ayın 25-i göstərilsə də, şirkətin əməkdaşı ona ödənişləri hər ayın 5-dən 5-nə qədər etməli olduğunu bildirib. O, bir müddət ödənişləri bu qaydada həyata keçirdiyini deyir. Daha sonra maddi çətinliklərlə üzləşən şikayətçi avtomobillərdən üçünü satışa çıxarmaq qərarına gəlib. Lakin satış zamanı məlum olub ki, ödəniş gecikdiyi üçün hər avtomobilə 4185 manat məbləğində cərimə hesablanıb.
Murad Qədimov qeyd edir ki, ümumilikdə 12 min manatdan çox ödəniş edib və avtomobillərdən üçü başqa şəxslərin adına keçirilib. Şirkət tərəfindən problemin araşdırılacağı və qısa müddətdə həll ediləcəyi bildirilsə də, məsələ iki ay ərzində həllini tapmayıb.
Onun sözlərinə görə, bu müddətdə avtomobillərə yol vərəqələri də verilməyib. Buna görə də nəqliyyat vasitələrini idarə edə bilməyib və ödənişləri həyata keçirməyib:
“Yol vərəqələrini vermədikləri üçün avtomobilləri idarə edə bilmədim və iki ay avtomobillər dayanacaqda qaldı. 12 min manatlıq ödənişimlə bağlı hər hansı açıqlama vermədikləri üçün bu müddət ərzində ödəniş edə bilmədim. Sonra xəbərim olmadan gəlib avtomobilləri götürüblər və bildirdilər ki, avtomobillərim satışa çıxarılır”.
Şikayətçi ödənişlərinin və avtomobillərə hesablanan cərimələrin araşdırılmasını, məsələyə aydınlıq gətirilməsini tələb edir.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı
Ağdam rayonunda 15 yaşlı qızın ailəsindən xəbərsiz evdən getməsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görülüb. Cenubtv-Az Oxu.Az-a istinadən ...
Polisdən Bakı və Gəncədə əməliyyat: Xaricdən idarə olunan şəbəkə ifşa edildi – Video
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 68 kiloqram narkotik vasitə və 1600 ədəd narkotik tərkibli həb...
Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? – Açıqlama
Azərbaycanlı hərbçi Nəsimi Musayev naməlum şəraitdə Ermənistan ərazisinə keçib. Oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Zəngəzurun Şəki kəndində Azərbaycan əsgəri...
“Başını kəsmişdi, saçları üzünə tökülmüşdü” – Şəhanənin qətlə yetirildiyi evdən görüntülər
Cenubtv.Az "Azad Azərbaycan" (ATV) telekanalına istinadən xəbər verir ki, hadisə ötən axşam qəsəbədə yerləşən fərdi yaşayış evlərindən birində baş verib....
Cəlilabadda Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirilib
Cenubtv.Az xəbər verir ki, 1 Oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə...
Lənkəranın üç kəndini çətin vəziyyətdə qoyan yol problemi – Video
Lənkəranın Biləsər kəndinə gedən yol əlverişsiz vəziyyətdədir. Bu yol problemi, həmçinin Alazəpin və Sleqəbul kəndində də yaşanır. Sakinlər yaranmış vəziyyətdən...
Average Rating