Xocavənddə mina partlayışında yaralanan şəxslərin vəziyyəti MƏLUM OLDU
Xocavənd rayonu ərazisində baş verən mina partlayışı nəticəsində xəsarət alan iki nəfər avqustun 12-də saat 18 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Bu barədə Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, 1989-cu il təvəllüdlü şəxsə üz və gözün müxtəlif nahiyələrinin açıq yarası, 2003-cü il təvəllüdlü şəxsə isə qarın nahiyəsinin sıyrılmış yaraları diaqnozu qoyulub.
Pasiyentlərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Xocavənd rayonunda mina partlayışı baş verib.
Cenubtv.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri məlumat yayıblar.
Hadisə işğaldan azad edilmiş Xocavənd rayonunun Qızılqaya kəndi ərazisində qeydə alınıb.
Məlumata əsasən, Qazax rayon sakini, 1961-ci il təvəllüdlü Elçin Telman oğlu Abbasov minalardan təmizlənməmiş ərazidə idarə etdiyi buldozerlə minaya düşüb.
Hadisə nəticəsində Tovuz rayon sakinləri – 1989-cu il təvəllüdlü Sənan Söhrab oğlu Fərəcov və 2003-cü il təvəllüdlü Fuad İlqar oğlu Əhmədov xəsarət alıblar.
Faktla bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.
“ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır”, – məlumatda deyilir.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
21 yaşlı oğlan Kür çayında batdı – VİDEO
Mingəçevirdə Kür çayında bir nəfərin batması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub. Cenubtv.Az xəbər...
Şəhərin mərkəzində avtobus yandı – VİDEO
Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsində avtobusda yanğın baş verib. Cenubtv.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi...
Balakəndəki 4 nəfərin öldüyü dəhşətli qəzada xəsarət alan şəxsin son durumu – RƏSMİ
Balakən rayonunun Katex kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb. Bu barədə Cenubtv.Az Oxu.Az-a istinadən xeber...
Meşəlik ərazidə meyitləri tapılan 16 yaşlı qız və 29 yaşlı kişi qohum olublar – Lənkərandakı dəhşətli hadisənin DETALLARI – VİDEO
Lənkəranda meşə ərazisində iki şəxsin meyitinin aşkar edilməsi faktı üzrə cinayət işi başlanıb. Cennubtv.Az xəbər verir ki, bu barədə Baş...
ürkiyədə qırıcı təyyarə qəzaya uğradı – VİDEO
Türkiyənin Yalova bölgəsində təlim uçuşu həyata keçirən "F-16" qırıcı təyyarəsi qəzaya uğrayıb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Haber...
Bakı-Quba yolunda AĞIR QƏZA: Ölən var
Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az "Report"a istinadla xəbər verir ki, hadisə zamanı "Shachman" markalı yük avtomobili ilə...
Average Rating