FIFA-ya qadın rəhbərlik edəcək? – Blatter namizədini açıqladı – FOTO
Beynəlxalq Futbol Federasiyasının (FIFA) keçmiş prezidenti Yozef Blatter qurumun rəhbəri postuna – Canni İnfantinonun yerinə Norveç nümayəndəsi Liza Klavenessin namizədliyini təklif edib.
Cenubtv.Az-ın xəbərinə görə, o, bu barədə öz sosial şəbəkə hesablarında paylaşım edib.
“Liza Klaveness ən yüksək hörmətə layiqdir. O, yeganə insandır ki, həmişə aydın mövqe tutub və axın istiqamətində getməyib. FIFA üçün vaxt çatıb ki, təşkilata qadın rəhbərlik etsin”, – deyə Yozef Blatter yazıb.
45 yaşlı Liza Klaveness Norveç milli komandasının keçmiş futbolçusudur. 2022-ci ildə o, Norveç Futbol Assosiasiyasının (NFF) prezidenti seçilib.

Canni İnfantino korrupsiya qalmaqalları səbəbindən istefa verən Blatteri əvəzləyərək, 2016-cı ilin fevral ayından bəri FIFA-ya rəhbərlik edir. FIFA-nın növbəti prezidentinin seçkiləri 2027-ci ilin mart ayına təyin edilib və Mərakeşdə keçiriləcək.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Yayın ən bahalı transferləri açıqlandı: Rəqəmlər heyrətləndirdi – FOTO
Qollar vurulmur, xallar hesablanmır, turnir cədvəlləri dəyişmir, kuboklar uğrunda mübarizə getmir. Amma futbol dünyasında elə bir dövr var ki, bəzən...
Azərbaycanlı güləşçi dünya çempionatında gümüş medal qazandı – FOTO
Bakıda keçirilən güləş üzrə U17 dünya çempionatında 51 kq çəki dərəcəsində mübarizə aparan İbrahim Həsənov final görüşünə çıxıb. Oxu.Az-ın məlumatına...
Tofiq Musayev UFC-də növbəti qələbəsini qazanıb – VİDEO
Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev növbəti dəfə UFC oktaqonuna çıxıb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, 36 yaşlı idmançı Serbiyanın paytaxtı...
Futbolda ən çətin rəqib: Səndən əvvəl gələn əfsanə
Həyatda və futbolda bəzən ən böyük maneə qarşındakı rəqib deyil. Səndən əvvəl yaradılmış böyük addır. Əgər bir mövqenin, oyun tərzinin...
“UFC Fight Night Baku”: Rusiyalı döyüşçü braziliyalı rəqibini üstələdi – FOTO
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində növbəti görüş baş tutub. Cənubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, turnirin ikinci...
Bəhlul Mustafazadənin zədəsi ilə bağlı “Qarabağ”dan AÇIQLAMA
"Qarabağ" FK-nun futbolçusu Bəhlul Mustafazadə müalicəsini və fərdi reabilitasiya proqramını xaricdə davam etdirir. Cənubtv.Az xəbər verir ki, bu barədə "Qarabağ"...
Average Rating