67 yaşlı qadın alverçisi Kurta HÖKM OXUNDU
İnsan alverində ittiham olunan 67 yaşlı Sevinc Daşdəmirzadənin (Kurt) məhkəməsi keçirilib.
Cənubtv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Sevinc Kurt bir neçə qadını müxtəlif vədlərlə aldadaraq Türkiyəyə aparıb cinsi istismara məruz qoymaqda ittiham edilib.
Zərərçəkmişlər deyiblər ki, Kurt onların zəifliyindən, maddi vəziyyətlərinin ağır olmasından istifadə edib, Denizli şəhərində iş imkanları vəd edərək etibarlarını qazanıb. Qadınlar Türkiyəyə getdikdən sonra mobil telefonları və pasportları əllərindən alınıb, ailələrinin yanında rüsvay ediləcəkləri ilə hədələniblər, psixoloji təzyiqə məruz qalıblar.
Qadınlar 30 ildir Türkiyədə yaşayan Sevincin onları müxtəlif yollarla tabe vəziyyətə saldığını, müqavimətlərinin psixoloji təsirlərlə qırıldığını və cinsi istismar məqsədilə istifadə olunduqlarını etiraf ediblər.
Zərərçəkmişlərin Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə şikayətlərindən sonra Kurt barəsində cinayət işi başlanılıb. Ona Cinayət Məcəlləsinin insan alveri maddəsinin bir neçə bəndi ilə ittiham irəli sürülüb, lakin məhkəməsi bitənə qədər ev dustaqlığı şərti ilə azadlıqda qalıb.
Yaşlı müttəhim məhkəmədə ittihamı qəbul etməyib, qadınları cinsi istismara məcbur etmədiyini deyib. Zərərçəkmişlər isə ondan şikayətçi olduqlarını bildirib, ona ən ağır cəza verilməsini xahiş ediblər.
Məhkəmə Sevincin ifadəsinin zərərçəkmiş şəxslərin ifadələri, üzləşdirmə protokolları, ekspert rəyləri və digər sübutlarla təkzib olunduğu qənaətinə gəlib. Yekunda Sevinc Kurt verilmiş ittihamlarla təqsirli bilinərək 8 il 3 ay azadlıqdan məhrum edilib. O, hökmün elanı bitən kimi məhkəmə zalında həbs olunub.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
“İşə getsən, səni öldürəcəyəm” dedi, arvadını baltaladı – Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
Ağdamda həyat yoldaşını baltalamaqda təqsirləndirilən Ceyhun Salahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki,...
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb. Cenubtv.Az "Report"a istinadən xəbər verir ki, hadisə Yaşma bağları ərazisində yerləşən fərdi...
Otağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı
Şəmkirdə əkiz qardaşlar arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. Cenubtv.Az APA-ya istinadən xəbər verir ki, rayon sakini, 2008-ci il...
Tovuzda qadın dəm qazından boğularaq öldü
Tovuzda dəm qazından zəhərlənmə ölümlə nəticələnib. Cenubtv.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, rayon...
Bakıda avtomobillər toqquşdu: BYD aşdı – Video
Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə zamanı "BYD" və "Toyota" markalı avtomobillər toqquşub. Toqquşma...
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var – Foto
Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az "Report"a istinadən xəbər verir ki, hadisə Sülh prospektində qeydə alınıb. "Mercedes" markalı minik avtomobili...
Average Rating