Tbilisi–Bakı qatarına alınan biletlərin statusunun “etibarsız” görünməsinin SƏBƏBİ

Read Time:1 Minute, 25 Second

Tbilisi-Bakı istiqamətində qatar bileti alan bəzi sərnişinlər Azərbaycan Dəmir Yollarının (ADY) onlayn bilet sistemində problemlə üzləşdiklərini bildirirlər.

Bu barədə Cənubtv.Az Oxu.Az- istinadən xəbər verir ki,

Şikayətçinin sözlərinə görə, o, 1 avqust 2026-cı il tarixinə nəzərdə tutulan Tbilisi-Bakı reysi üçün bileti ADY-nin rəsmi onlayn sistemi vasitəsilə əldə edib. Ödəniş bank kartından uğurla çıxılıb və elektron bilet təqdim olunub. Lakin sonradan heç bir xəbərdarlıq edilmədən ödənilmiş məbləğ bank kartına geri qaytarılıb. Bundan sonra isə elektron biletin statusu sistemdə “etibarsız” kimi göstərilib.

Vətəndaş bildirib ki, məsələ ilə bağlı ADY-nin qaynar xətti ilə əlaqə saxladıqda ona bildirilib ki, analoji problem təkcə onda deyil, çox sayda sərnişində də müşahidə olunur. Hazırda problemin səbəblərinin araşdırıldığı və nəticə barədə sərnişinlərə məlumat veriləcəyi qeyd edilsə də, indiyədək hər hansı rəsmi açıqlama və ya həll təqdim edilməyib.

Şikayətçi qeyd edib ki, yaranmış vəziyyət beynəlxalq səfərə hazırlaşan sərnişinlər arasında ciddi narahatlıq yaradıb.

Oxu.Az-a açıqlamasında “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə (QSC) əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib ki, yüksək tələbat zamanı eyni vaxtda bir neçə sərnişin tərəfindən bir yerin alınmasına cəhd edilir.

Tbilisi–Bakı qatarına alınan biletlərin statusunun etibarsız görünməsinin SƏBƏBİ

“Bu zamanı seçilən yer üzrə əməliyyat başqa bir sərnişin tərəfindən bir neçə saniyə əvvəl ödəniş edilərək təsdiqləndikdə digər sərnişində əməliyyat tam yekunlaşmır və hesabdan tutulmuş məbləğ bank prosedurlarına uyğun olaraq geri qaytarılır.

Lakin artıq bilet alışı zamanı yer seçimi prosesi üçün 3 dəqiqəlik taymer tətbiq edilir. Belə ki, sərnişin ilk yeri seçdiyi andan etibarən yer seçimi prosesinin tamamlanması üçün 3 dəqiqə vaxt verilir. Qalan vaxt interfeysdə taymer vasitəsilə göstərilir və istifadəçi prosesi başa çatdırmaq üçün nə qədər vaxtının qaldığını görə bilir. 3 dəqiqəlik müddət hər bir yer üçün ayrıca deyil, bütün yer seçimi prosesinə şamil olunur”, – deyə B.Hacıyev bildirib.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post “Yeddi daş”dan sosial şəbəkəyə yuvarlanan uşaqlıq
Next post Çəyirtkə sürüsü Abşeron yarımadasını niyə basıb? – FOTO – VİDEO
Blueberry comet – monsieur cannabisbien shop. Verlage. Sonic oc generator – perchance — a more randomised generator : fill in traits and it gives you a ready made oc outline.