Bakıda oğurluğa görə işdən qovulan sürücü mağazanı yandırdı
Bakıda işdən çıxarılan sürücü işlədiyi mağazanı yandırıb.
Cənubtv.Az Oxu.Az-a istinadən bildirir ki, hadisə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsində yerləşən avtomobil ehtiyat hissələri mağazasında baş verib.
Bakı şəhər sakini Oruc Vəliyev (ad və soyadı şərtidir) həmin mağazada sürücü kimi işləyib. O, təxminən üç il burada çalışdıqdan sonra obyektdə olan dizel yanacağını mağaza sahibindən gizli şəkildə satıb. Bunu öyrənən mağaza sahibi Oruc Vəliyevi işdən çıxarıb.
İşdən çıxarıldıqdan sonra başqa yerdə işləməyə başlayan Oruc Vəliyev keçmiş müdirindən qisas almaq qərarına gəlib. O, gecə saatlarında mağazaya gələrək kassadan 520 manatlıq qəpik pul, 201 manat kağız pul və 100 ABŞ dolları oğurlayıb.
Daha sonra obyektdə satış üçün saxlanılan benzini mağazanın elektrik sayğacının üzərinə tökərək alışdırıb. Nəticədə mağaza içərisindəki avtomobil ehtiyat hissələri ilə birlikdə tamamilə yanıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar və faktla bağlı araşdırmalara başlanılıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yanğının Oruc Vəliyev tərəfindən törədildiyi müəyyən edilib və o saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb və məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Oruc Vəliyev 4 il müddətinə azadlıqdan məhrum edilib.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Ağstafada “TikTok” üçün video çəkən azyaşlını CƏRƏYAN VURDU
Ağstafada azyaşlı bədbəxt hadisə nəticəsində xəsarət alıb. Cenubtv.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, "TikTok" sosial şəbəkə platforması üçün video çəkmək istəyən...
Xalq artisti Şükufə Yusupovanı vuran sürücünün kimliyi məlum oldu
Xalq artisti Şükufə Yusupovanı vuran sürücünün kimliyi məlum olub. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki hadisə ötən gün saat 18:00-da...
Bakıda gecə saatlarında “BAHALI” QƏZA: 7 maşın toqquşdu – VİDEO
Bakı şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə ötən gün saat 23:30-da Xətai rayonu,...
Kamçatkada vulkanda çarəsiz qalan Azərbaycan vətəndaşı SON VƏZİYYƏTİ AÇIQLADI – FOTO – VİDEO
Kamçatkada Tolbaçik vulkanının ərazisində çarəsiz vəziyyətdə qalan turistlərlə bağlı tədbir görülüb. Cenubtv.Az-ın xəbərinə görə, bu barədə turistlər arasında olan Azərbaycan...
Goranboyda qayınata küsən gəlinin evinə hücum etdi, nənəsini döydü
Goranboy rayonunda qayınata gəlininin nənəsini döyüb. Cenubtv.Az Oxu.Az-ıa istinadən xəbər verir ki hadisə rayonun Safikürd kəndində baş verib. Cəlilabad rayonunun...
Gəncədə 49 yaşlı qadın evində qətlə yetirildi – Oğlu şübhəli bilinir
Gəncə şəhərində 49 yaşlı qadın qətlə yetirilib. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Kəlbəcər rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı...
Average Rating