Ötən ay Azərbaycanda maksimal temperatur 40 dərəcəyə çatıb

Read Time:1 Minute, 28 Second

İyun ayında ölkə ərazisində müşahidə olunan hava açıqlanıb.

Cənubtv.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, 2026-cı ilin iyun ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 21 gün normadan yuxarı (1-7 dərəcə), 9 gün normadan aşağı (0-2 dərəcə) olub. Orta aylıq temperatur 24 dərəcə isti olub ki, bu da iqlim normasından 1 dərəcə yuxarıdır. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Onun sözlərinə görə, Bakı və Abşeron yarımadasında iyun ayında maksimal temperatur iyunun 19-da 37 dərəcə isti (Sumqayıt) , bölgələrdə isə (Culfa) iyunun 20-də 40 dərəcə isti qeydə alınıb. Havanın minimal temperaturu Bakı və Abşeron yarımadasında iyunun 3-də 11 dərəcə isti (Maştağa), yüksək dağlıq ərazilərdə isə həmin gün temperatur 0 dərəcəyə yaxın (Şahdağ) olub.

“İyun ayının bəzi günlərində hava şəraiti fasilələrlə yağıntılı olub, şimşək çaxıb, dağlıq ərazilərdə qar yağıb. Bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Ən çox yağıntı bölgələr üzrə aylıq normanın 168 faizi olmaqla Balakən-Şəki zonasına (Kişçay-Şəki 170 mm), aylıq normanın 295 faizi olmaqla Mərkəzi Aran zonasına (Biləsuvar 59 mm) və aylıq normanın 258 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Bakı 26 mm) düşüb. Yağan qar nəticəsində qar örtüyünün maksimal hündürlüyü iyunun 07-də Şahdağda 1 sm qeydə alınıb”.

N.Mahmudov bildirib ki, iyun ayı ərzində Daşkəsən, Gədəbəy, Zaqatala, Tovuz, Qazax, Göygöl, Tərtər, Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı və Ağstafa rayonlarının bəzi kəndlərində dolu müşahidə olunub. Ən iri dolu Ağstafa rayonunda qeydə alınıb və diametri 25-28 mm təşkil edib.

“İyun ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı 6 sarı və narıncı xəbərdarlıq verilib. Bakı və Abşeron yarımadasında 6 gün, bölgələrdə isə 23 gün küləkli hava şəraiti müşahidə olunub, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında və bölgələrdə 28 m/s-dək güclənib”.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Filmdən sonra: “It Ends with Us”
Next post Ursula fon der Lyayen sülh sazişinin paraflanmasına görə Prezident İlham Əliyevi təbrik edib
Luxury yacht charter. Abbiamo ricevuto un progetto chiavi in ​​mano, con tutti i materiali inclusi e tempi di esecuzione rapidi. Web content accessibility guidelines 2.