Bibisinin qızını bıçaqladı, əmisinin nəvəsini isə öldürdü – MƏHKƏMƏ – VİDEO

Read Time:1 Minute, 2 Second

Bakıda bibisinin qızını bıçaqlamaqda və onunla münasibətdə şübhələndiyi digər qohumunu qətlə yetirməkdə təqsirləndirilən Kamal Baxşıyevin cinayət işi üzrə məhkəməsi keçirilib.

Cənubtv.Az Oxu.Az-a istinadən bildirir ki, məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Nailə Səlimova ifadə verərək bildirib ki, o təqsirləndirilənin bibisinin qızıdır. Qətlə yetirilən Elşad Baxışovu isə yaxından tanısa da, onunla hər hansı bir yaxınlığı olmayıb. Kamalın həm ona, həm də Elşad Baxışova qarşı törətdiyi cinayət isə qısqanclıqdan olub və əbəs yerə törədilib.

Buna görə də zərərçəkən təqsirləndirilənlə barışmadığını bildirərək ondan şikayətçi olduğunu deyib.

Daha sonra prosesdə sənədlərin tədqiqi mərhələsində hadisə yerində qeydə alınmış videogörüntülər nümayiş etdirilib.

Hakim məhkəmə istintaqının yekunlaşdığını elan edib.

Vaxt məhdudiyyətindən çıxışlar üçün proses iyulun 1-dək təxirə salınıb.

Qeyd edək ki, hadisə 2025-ci ilin aprelində Bakının Zığ qəsəbəsində baş verib.

Bakı sakini Kamal Baxşıyev qısqanclıq zəminində bibisinin qızı Nailə Səlimovaya çox sayda bıçaq zərbəsi endirməklə ona ağır xəsarətlər yetirib. Kamal Baxsıyev daha sonra əmisinin nəvəsi Elsad Baxışovu Nailə Səlimova ilə yaxın münasibətdə olduğundan şübhələnərək ona da bıçaq zərbələri endirərək qətlə yetirib.

Kamal Baxşıyev barəsində Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1,29,120.2.2, 29.120.2.7-ci maddələri ilə cinayət işi açılaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post 30 il əvvəl törədilən qətllə bağlı cinayət işi məhkəməyə göndərilib
Next post Zibilliyin yanından keçərkən burnunu tutdu, velosipedçini vurub öldürdü – Lənkərandakı qəzanın TƏFƏRRÜATI
A 16‑inch tails plush with squeeze sensitive vibration—hug it, give it a squeeze, and it shakes in delight. ip cam 解決方案. : a standard guideline suggests your mortgage payment shouldn’t exceed 30 36% of your gross monthly income.