İsrail HƏMAS liderinin qardaşı oğlunu da öldürdü
İsrail ordusu Qəzza zolağında HƏMAS Siyasi Bürosunun sabiq rəhbəri İsmayıl Haniyənin qardaşı oğlu Valid Haniyəni öldürüb.
Cənubtv.Az xəbər verir ki, bu barədə ÇAXAL-ın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Valid Haniyə HƏMAS-ın hərbi qanadının “Nuxba” bölüyündə komandir müavini olub və 2023-cü il oktyabrın 7-də İsrail ərazisinə həyata keçirilən hücumda iştirak edib.
Bildirilib ki, o, son dövrlərdə HƏMAS sıralarına yeni üzvlərin cəlb edilməsi və tabeliyində olan bölüyün hərbi hazırlığı ilə məşğul olub.
Qeyd edək ki, İsmayıl Haniyə 2024-cü il iyulun 31-də Tehranda raket zərbəsi nəticəsində öldürülmüşdü.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Pakistanda terror: Ölənlər var
İyunun 27-də axşam saatlarında cənub liman şəhəri Karaçidə terrorçuların təhlükəsizlik qüvvələrinin bazasına basqını nəticəsində azı üç əsgər həlak olub. Cənubtv.AzMetbuat.az-a...
Tənha qadınların pensiya yaşı azaldıla bilərmi? – İqtisadçıdan AÇIQLAMA
Azərbaycanda sosial təminat və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi, xüsusilə həssas qruplardan olan vətəndaşların rifahının yaxşılaşdırılması məsələsi hər zaman gündəmdədir. Son dövrlərdə...
Məktəblilərin yay tətili qısaldılacaq? – AÇIQLAMA
Elm və təhsil naziri Emin Əmrullayev müsahibəsində bildirib ki, təhsil nailiyyətləri yüksək olan ölkələrdə yay tətili daha qısadır. Bəs Azərbaycanda...
Pensiya artımı ilə bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR
Hazırda pensiyalar məbləğindən asılı olmayaraq eyni faizlə indeksləşdirilir. Orta aylıq əməkhaqqının artım tempi 8 faiz olarsa, bütün pensiyalar da eyni...
Çökən körpünün təmiri niyə ləngiyir? – VİDEO
Bakı-Qazax magistral yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisində yerləşən və mayın 15-də çökən ikizolaqlı körpünün təmiri 43 gündür ki, başa...
Əhali pərişan halda: “21 ildir marşrut görməmişəm” – VİDEO
Sumqayıt şəhəri, 76-cı məhəllədə yaşayan sakinlər ərazidə marşrut xəttinin və istirahət parkının olmamasından şikayətlənirlər. Vətəndaşlar bildirirlər ki, hər gün avtobusa...
Average Rating