Öldürülən oğlanın anası detalları açıqladı: “Vaxtilə o qızı bəyənmişdi, amma hələ elçi getməmişdik” – VİDEO
Mingəçevirdə 35 yaşlı şəxs döyülərək qətlə yetirilib.
Dəhşətli hadisə şəhər ərazisində yerləşən kafelərin birinin qarşısında baş verib. 35 yaşlı şəxs Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, qətlə yetirilən Tural bir müddət əvvəl Rafiq Məmmədovun qızını sevib və tərəflər arasındakı dava da bu məsələ üstündə yaranıb. Mübahisə zamanı Rafiq Turalı ölümcül dərəcədə döyüb.
Hadisəni törətməkdə şübhəli bilinən 51 yaşlı Rafiq Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisə ilə bağlı mərhumun anası Gülsəba Bayramova Baku TV-yə açıqlama verib:
“Oğlum 20 nömrəli məktəbdə işləyirdi. Çayxanada oturub mənimlə danışdı, evə ərzaq lazım olduğunu dedik. Ərzaqları alıb göndərdi, elə bir saatın içində də balamı öldürüb əlimə verdilər. Vaxtilə o qızı bəyənmişdi, amma biz hələ elçi getməmişdik, bu barədə qarşı tərəfə heç nə deməmişdik. Bu söhbət də indi yox, keçən il olmuşdu. Çöldə aralarında nə danışıq olub, bilmirəm”.
Faktla bağlı araşdırma aparılır.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Bakıda kişi 14 yaşlı oğlanı pul vədi ilə oğurluğa cəlb etdi
Bakıda yetkinlik yaşına çatmayan şəxsi cinayətə cəlb edən şəxs həbs olunub. Cenubtv.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu...
Bakı-Sumqayıt yolunda qəza – Video
Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki hadisə nəticəsində 90-SA-758 dövlət qeydiyyat nişanlı minik avtomobilinə...
Fransada iğtişaşlar: Polislər xəsarət aldılar, saxlanılanlar var – Video
Fransanın mərkəzi hissəsində yerləşən Sen-Pyer-de-Kor kommunasında baş verən iğtişaşlar zamanı səkkiz polis əməkdaşı xəsarət alıb, beş nəfər saxlanılıb. Cenubtv.Az BFMTV...
Cəlilabadda zəncirvari qəza: Biri azyaşlı olmaqla üç yaralı var – Foto
Cəlilabad şəhərində ağır yol qəzası baş verib. Cenubtv.Az "Report"a istinadla xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb....
Moskvaya ən kütləvi dron hücumu olub: Ölənlər var – Video
Hava hücumundan müdafiə qüvvələri son sutka ərzində Moskvaya edilən ən kütləvi pilotsuz uçuş aparatı (PUA) hücumunu dəf edib. Cenubtv.Az xəbər...
Azyaşlı uşaq ölümdən son anda döndü – Anbaan VİDEO
Bakıda skuter sürən azyaşlının iştirakı ilə təhlükəli anlar yaşanıb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntü...
Average Rating