15 yaşlı qızla cinsi əlaqədə olub evindən oğurluq edən gəncə HÖKM OXUNDU
Gəncədə yeniyetmə qızla cinsi əlaqədə olan 23 yaşlı oğlan həbs olunub.
Cənubtv.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Bala Bağman qəsəbəsində qeydə alınıb.
İttiham aktına görə, 2003-cü il təvəllüdlü İsrafil Nadirov (ad və soyad şərtidir) atasının dayısı oğlunun 2010-cu il təvəllüdlü qızı Gülsümdən (şərti adla) xoşu gəlib. O, 2025-ci ilin qış aylarında “Instagram”da qıza yazaraq, sevgisini etiraf edib. Bundan sonra aralarında sevgi münasibətləri yaranıb. Bir gün gecə saatlarında Gülsümün dəvəti ilə İsrafil onların evinə gedib. Burada ilk dəfə cinsi əlaqədə olublar. Sonradan təbii və qeyri-təbii olmaqla cütlüyün cinsi münasibəti bir neçə dəfə davam edib. İsrafilin yetkinlik yaşına çatmayan qohumu ilə cinsi münasibəti qızın valideynlərinin yataq otağında və yardımçı tikilidə qeydə alınıb.
Bundan əlavə, həmin günlərin birində İsrafil yataq otağında Gülsümlə cinsi əlaqədən sonra döşəyin altındakı qızıl mücrü qabını götürüb. Qabın içində isə təxminən 22 min manatlıq qızıl olub. İsrafil həmin qızıllardan iki üzüyü bir oğlanla qıza satıb. Qalanını isə yol kənarında ağaclıq əraziyə atıb.
Oğurluqdan xəbər tutan zərərçəkənlər küçədəki kameraya baxaraq hadisənin İsrafil tərəfindən törədildiyini öyrəniblər.
Nəticədə İsrafil Nadirov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddələrlə cinayət işi açılıb.
Təqsirləndirilən şəxsi ifadəsində əməlindən peşman olduğunu, zərərçəkən tərəflə barışdığını və gələcəkdə Gülsümlə evlənəcəyini deyib. Zərərçəkən tərəf də, həmçinin İsrafilə qarşı şikayət və tələbinin olmadığını bildirib.
Məhkəmənin qərarı ilə İsrafil Nadirov yekun olaraq 10 ay müddətinə azadlıqdan məhrum edilib.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Bakıda kişi 14 yaşlı oğlanı pul vədi ilə oğurluğa cəlb etdi
Bakıda yetkinlik yaşına çatmayan şəxsi cinayətə cəlb edən şəxs həbs olunub. Cenubtv.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu...
Bakı-Sumqayıt yolunda qəza – Video
Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki hadisə nəticəsində 90-SA-758 dövlət qeydiyyat nişanlı minik avtomobilinə...
Fransada iğtişaşlar: Polislər xəsarət aldılar, saxlanılanlar var – Video
Fransanın mərkəzi hissəsində yerləşən Sen-Pyer-de-Kor kommunasında baş verən iğtişaşlar zamanı səkkiz polis əməkdaşı xəsarət alıb, beş nəfər saxlanılıb. Cenubtv.Az BFMTV...
Cəlilabadda zəncirvari qəza: Biri azyaşlı olmaqla üç yaralı var – Foto
Cəlilabad şəhərində ağır yol qəzası baş verib. Cenubtv.Az "Report"a istinadla xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb....
Moskvaya ən kütləvi dron hücumu olub: Ölənlər var – Video
Hava hücumundan müdafiə qüvvələri son sutka ərzində Moskvaya edilən ən kütləvi pilotsuz uçuş aparatı (PUA) hücumunu dəf edib. Cenubtv.Az xəbər...
Azyaşlı uşaq ölümdən son anda döndü – Anbaan VİDEO
Bakıda skuter sürən azyaşlının iştirakı ilə təhlükəli anlar yaşanıb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntü...
Average Rating