Yevlaxda ana evdən qaçdı, qardaş qardaşını qətlə yetirdi
Yevlax rayonunda 35 yaşlı kişi ögey qardaşını qətlə yetirib.
Cənubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki,, hadisə şəhər ərazisində baş verib.
Rayon sakini, 1991-ci il təvəllüdlü Süleyman Əzizov anası Tamella və ögey qardaşı Orxan Səmədovla bir ünvanda yaşayıb. Orxan Səmədov və qardaşı Süleyman spirtli içki təsiri altında bir-birisi ilə mütəmadi mübahisə ediblər. Buna görə də anaları Tamella rayondakı evdən çıxıb Bakıda qohumlarının birinin evinə yığışıb. Amma buna baxmayaraq qardaşlar arasında mübahisə yenə də davam edib.
Bir müddətdən sonra Süleyman mağazadan spirtli içki alaraq evə gəldiyi vaxt qardaşı Orxanı sərxoş vəziyyətdə evdə görüb. O, qardaşı ilə yenidən mübahisə edərkən, Orxan kustar üsulla hazırlanmış bıçağı götürərək Süleymana hücum edib. Hadisədən qorunmaq üçün Süleyman həyətə qaçıb. Bu vaxt Orxan da sərxoş vəziyyətdə onun arxasınca qaçaraq onu bıçaqlamaq istəyib. Həmin vaxt həyətdə olan it Orxanın arxasınca qaçıb. Orxan itdən qorunmaq üçün qaçmağa cəhd etsə də, həyətdə yıxılıb və bıçaq əlindən düşüb. Bu vaxt Süleyman dərhal bıçağı yerdən götürüb cibinə qoyub. Amma hadisə bununla bitmir. Orxan ayağa duraraq yenidən Süleymanın üstünə hücum edib. Bundan əsəbiləşən Süleyman cibindəki bıçaqla Orxanın ürəyindən 5 zərbə endirib. Daha sonra o, Bakıda anasına zəng vuraraq qardaşını öldürdüyünü deyib.
Faktla bağlı cinayət işi başlanılıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyatla Süleyman saxlanılaraq istintaqa təhvil verilir.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Əzizov 9 il 6 ay azadlıqdan məhrum edilir.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
15 yaşlı qızla cinsi əlaqədə olub evindən oğurluq edən gəncə HÖKM OXUNDU
Gəncədə yeniyetmə qızla cinsi əlaqədə olan 23 yaşlı oğlan həbs olunub. Cənubtv.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Bala Bağman...
Uşaq arabasında olan Atilla faciəli şəkildə həlak oldu – “Belə özbaşınalıq olmaz” – VİDEO
İyunun 19-da Masazır qəsəbəsində yerləşən "Qurtuluş 93" yaşayış kompleksinin ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Sürətlə hərəkət edən motosiklet uşaq...
Sumqayıtda yaşayış binasında PARTLAYIŞ: Azyaşlı xəsarət aldı
Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən yaşayış binasında partlayış baş verib. Cənubtv.Az Oxu.Az-a istinadn xəbər verir ki, hadisə ilə Fövqəladə Hallar Nazirliyinin...
Beyləqanda 70 yaşlı kişi hoteldə ölü tapıldı
Beyləqanda hoteldən meyit tapılıb. Cənubtv.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə şəhərin ərazisində qeydə alınıb. Gəncə şəhər sakini 70 yaşlı...
Bakıda açıq ərazidəki YANĞIN söndürülüb – VİDEO
Xəzər rayonunda açıq ərazidə baş vermən yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən daha geniş sahəyə...
Bakıda zəncirvari avtoqəzda avtobusda xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI
Bakının Yasamal rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı sərnişin avtobusunda xəsarət alan şəxsin vəziyyəti açıqlanıb. Bu barədə Cənubtv.az Oxu.Az-a...
Average Rating