Sumqayıtda yaşayış binasında PARTLAYIŞ: Azyaşlı xəsarət aldı
Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən yaşayış binasında partlayış baş verib.
Cənubtv.Az Oxu.Az-a istinadn xəbər verir ki, hadisə ilə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzilin hamam otağında yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.
Partlayış dalğasının təsirindən ümumi sahəsi 64kv.m. olan üçotaqlı mənzilin hamam otağının lambirdən ibarət tavanı 6kv.m. sahədə dağılıb və mətbəxin 1 ədəd pəncərə şüşəsi sınıb. 2016-cı il təvəllüdlü azyaşlı müxtəlif dərəcəli xəsarətlər alıb.
FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Sumqayıt şəhərində partlayış hadisəsi qeydə alınıb.
Oxu.Az “Report”a istinadən xəbər verir ki, hadisə 42-cı məhəllədə yerləşən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində baş verib.
İlkin məlumata görə, partlayış nəticəsində xəsarət alanlar var. Hadisə yerinə təcili tibbi yardım briqadaları, yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Ərazidə təhlükəsizlik tədbirləri görülür.
Faktla bağlı araşdırma aparılır, partlayışın başvermə səbəbləri müəyyənləşdirilir.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Bakıda kişi 14 yaşlı oğlanı pul vədi ilə oğurluğa cəlb etdi
Bakıda yetkinlik yaşına çatmayan şəxsi cinayətə cəlb edən şəxs həbs olunub. Cenubtv.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu...
Bakı-Sumqayıt yolunda qəza – Video
Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki hadisə nəticəsində 90-SA-758 dövlət qeydiyyat nişanlı minik avtomobilinə...
Fransada iğtişaşlar: Polislər xəsarət aldılar, saxlanılanlar var – Video
Fransanın mərkəzi hissəsində yerləşən Sen-Pyer-de-Kor kommunasında baş verən iğtişaşlar zamanı səkkiz polis əməkdaşı xəsarət alıb, beş nəfər saxlanılıb. Cenubtv.Az BFMTV...
Cəlilabadda zəncirvari qəza: Biri azyaşlı olmaqla üç yaralı var – Foto
Cəlilabad şəhərində ağır yol qəzası baş verib. Cenubtv.Az "Report"a istinadla xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb....
Moskvaya ən kütləvi dron hücumu olub: Ölənlər var – Video
Hava hücumundan müdafiə qüvvələri son sutka ərzində Moskvaya edilən ən kütləvi pilotsuz uçuş aparatı (PUA) hücumunu dəf edib. Cenubtv.Az xəbər...
Azyaşlı uşaq ölümdən son anda döndü – Anbaan VİDEO
Bakıda skuter sürən azyaşlının iştirakı ilə təhlükəli anlar yaşanıb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntü...
Average Rating