Bakıda zəncirvari avtoqəzda avtobusda xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI
Bakının Yasamal rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı sərnişin avtobusunda xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Bu barədə Cənubtv.az Oxu.Az-a stinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, bu gün saat 10:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış qeydə alınıb və qeyd edilən ünvana təcili tibbi yardım briqadası cəlb olunub:
“Təcili tibbi yardım briqadası tərəfindən 24 yaşlı şəxs (qadın) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Zəruri tibbi xidmətlər göstərilən pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb”.
Bakının Yasamal rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Oxu.Az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis mayoru Toğrul Nəsirli bildirib ki, hadisə nəticəsində bir nəfər xəsarət alıb:

“Hadisə bu gün saat 10:00-da, Yasamal rayonu Cəfər Cabbarlı küçəsində qeydə alınıb. Nəticədə 99-JV-101 dövlət nömrə nişanlı “Otokar” markalı sərnişin avtobusu, 90-JJ-235 dövlət nömrə nişanlı “ISUZU” markalı yük maşını, 77-BC-555 dövlət nömrə nişanlı “Geely” markalı və BYD markalı nəqliyyat vasitələri toqquşub. Qəza nəticəsində sərnişin avtobusunda olan sərnişin – Fatimə Dadaşova xəsarət alıb, Faktla bağlı araşdırma aparılır”.
Sözügedən hadisə yerindən görüntüləri təqdim edirik:
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
Previous post
Bakıda təhlükə yaradan xətlənmə: Kiçik yanlışlıq ağır nəticəyə səbəb ola bilər – VİDEO
More Stories
Bakıda kişi 14 yaşlı oğlanı pul vədi ilə oğurluğa cəlb etdi
Bakıda yetkinlik yaşına çatmayan şəxsi cinayətə cəlb edən şəxs həbs olunub. Cenubtv.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu...
Bakı-Sumqayıt yolunda qəza – Video
Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki hadisə nəticəsində 90-SA-758 dövlət qeydiyyat nişanlı minik avtomobilinə...
Fransada iğtişaşlar: Polislər xəsarət aldılar, saxlanılanlar var – Video
Fransanın mərkəzi hissəsində yerləşən Sen-Pyer-de-Kor kommunasında baş verən iğtişaşlar zamanı səkkiz polis əməkdaşı xəsarət alıb, beş nəfər saxlanılıb. Cenubtv.Az BFMTV...
Cəlilabadda zəncirvari qəza: Biri azyaşlı olmaqla üç yaralı var – Foto
Cəlilabad şəhərində ağır yol qəzası baş verib. Cenubtv.Az "Report"a istinadla xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb....
Moskvaya ən kütləvi dron hücumu olub: Ölənlər var – Video
Hava hücumundan müdafiə qüvvələri son sutka ərzində Moskvaya edilən ən kütləvi pilotsuz uçuş aparatı (PUA) hücumunu dəf edib. Cenubtv.Az xəbər...
Azyaşlı uşaq ölümdən son anda döndü – Anbaan VİDEO
Bakıda skuter sürən azyaşlının iştirakı ilə təhlükəli anlar yaşanıb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntü...
Average Rating