Türkiyədə dəhşətli qətl: Hərbçi qayınatasının evində dörd nəfəri güllələyərək öldürdü
Türkiyənin Hakkari vilayətinin Şemdinli rayonunun Beşevler məhəlləsində dəhşətli ailə faciəsi baş verib.
Cənubtv.az-a istinadən Oxu.Az xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb.
Məlumata görə, hərbçi (uzman çavuş) olan M.G. qayınatasının evinə silahlı basqın edib. O, hələlik məlum olmayan səbəbdən evdə olan qayınanası H.D.-ni, qaynı G.D.-ni, baldızı D.D.-ni və həyat yoldaşı G.G.-ni odlu silahla qətlə yetirib.
Hadisədən sonra M.G. özünə qəsd etməyə cəhd göstərib. Ağır yaralanan şəxs xəstəxanaya çatdırılıb.
Məlumata görə, M.G. Aktütün kəndində qeydiyyatdadır.
Hadisə yerinə çoxsaylı polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə geniş təhlükəsizlik tədbirləri həyata keçiriblər. Faktla bağlı hərtərəfli araşdırmalara və istintaq hərəkətlərinə başlanılıb.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Bakıda kişi 14 yaşlı oğlanı pul vədi ilə oğurluğa cəlb etdi
Bakıda yetkinlik yaşına çatmayan şəxsi cinayətə cəlb edən şəxs həbs olunub. Cenubtv.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu...
Bakı-Sumqayıt yolunda qəza – Video
Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki hadisə nəticəsində 90-SA-758 dövlət qeydiyyat nişanlı minik avtomobilinə...
Fransada iğtişaşlar: Polislər xəsarət aldılar, saxlanılanlar var – Video
Fransanın mərkəzi hissəsində yerləşən Sen-Pyer-de-Kor kommunasında baş verən iğtişaşlar zamanı səkkiz polis əməkdaşı xəsarət alıb, beş nəfər saxlanılıb. Cenubtv.Az BFMTV...
Cəlilabadda zəncirvari qəza: Biri azyaşlı olmaqla üç yaralı var – Foto
Cəlilabad şəhərində ağır yol qəzası baş verib. Cenubtv.Az "Report"a istinadla xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb....
Moskvaya ən kütləvi dron hücumu olub: Ölənlər var – Video
Hava hücumundan müdafiə qüvvələri son sutka ərzində Moskvaya edilən ən kütləvi pilotsuz uçuş aparatı (PUA) hücumunu dəf edib. Cenubtv.Az xəbər...
Azyaşlı uşaq ölümdən son anda döndü – Anbaan VİDEO
Bakıda skuter sürən azyaşlının iştirakı ilə təhlükəli anlar yaşanıb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntü...
Average Rating