Cəlilabadda IX Qrant layihəsinin açılışı oldu

Read Time:1 Minute, 22 Second

Layihəin təqdimatı: “ŞAGİRDLƏR ÜÇÜN OYUN MEYDANÇASI”
30 yanvar 2026-cı il tarixində Cəlilabad rayonunda, Təhsildə İnkişaf və İnnovasiyalar Üzrə IX Qrant Müsabiqəsində qalib olmuş “Şagirdlər üçün oyun meydançası” – layihəsinin təqdimati keçirilimişdir.Layihə Azərbaycan Respublikası Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad edildi.
Layihə rəhbəri, Cəlilabad rayon Novruzallı kənd ibtidai ümumtəhsil məktəbin İbtidai sinif müəllimi Elçin Əsgərov layihə haqqında qonaqlara ətraflı məlumat verdi.

Daha sonar çıxış edən Cəlilabad Təhsil Sektorunun aparıcı baş məsləhətçisi Elvin Cavadzadə layihə rəhbərini təbrik edib. Rayonumuzun ucqar bir məktəbində belə layihələnin olmasna sevindiyini dilə gətirdi. Fikrində söylədi ki, belə atraksionlardan istifadə etmək üçün uşaqlar şəhərə üz tuturlar. Amma bu layihə sayəsində bu məktəbin şagirdləri artıq öz məktəblərində həm həvəslə oxuyacaq və oynayacaqlar. Oyun zamanı həm də fiziki inkişaf etmiş olacaqlar. Bu layihənin şagirdlər üçün çox maraqlı və faydalı bir layihə olacağını söyləmişdir.

Daha sonar çıxış edən Cəlilabad rayon Perdi kənd ümumi orta ümumtəhsil məktəbinin İbtidai sinif müəllimi İlkin Abbasov ilk öncə layihə rəhbərini təbrik edib və çıxışında belə fikir söyləmişdir: – İnşəallah növbəti illərdə də daha böyük layihələrlə həm məktəblərə, həm də şagirdlər üçün faydalı layihələr qazanasız. Belə layihələr şagirdləri dərsə və məktəbə bağlılığını artırır. Şagirdlərə stimul verir. Layihəniz uğurlu olsun, davamlı olsun.

Bundan sonar digər qonaqlar da çıxışlar etdilər. Bu layihənin şagirdlər üçün həvəs və maraq oyadacağını dilə gətirdilər. Layihənin uğurla həyata keçməsini arzuladılar.

Qeyd edək ki, bu layihə Cəlilabad rayon Novruzallı kənd ibtidai ümumtəhsil məktəbində həyata keçiriləcəkdir. Layihədə nəzərdə tutulmuş atraksionlar məktəbin həyətində quraşdırılacaq və layihə bitdikdən sonra da məktəbdə qalacaqdır. Şagirdlərimiz davamlı olaraq istifadə edəcəklər.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Cəlilabadda 2025-ci ilin hesabat yığıncağı keçirildi video
Amazing tamilnadu – tamil news updates. Verlage. ?ெ?.