Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən şəxsə hökm oxundu
Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Mehman Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Cenubtv.az Oxu.Az-a istinadən xeber verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının başa çatdığı elan edilib.
Dövlət ittihamçısı çıxışında Mehman Məmmədovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib.
Müşavirədən sonra elan olunan hökmə əsasən, o, 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
İttihama görə, Mehman Məmmədov İsveçrədə mühacirətdə yaşayan bloqerlər Manaf Cəlilzadə və Süleyman Süleymanlı ilə birlikdə qruplaşma yaradaraq, zorla hakimiyyəti ələ keçirməyə yönələn çağırışlar edib.
Qeyd edək ki, Mehman Məmmədov İsveçrə hökuməti tərəfindən ailəsi ilə birlikdə deportasiya olunaraq Azərbaycana ekstradisiya edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə (dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) ittiham irəli sürülüb.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Ət istehsalında yeni dövr: Qiymətlər necə tənzimlənəcək? – FOTO
Azərbaycanda ət bazarında qiymətlərin sabitləşməsinin istehsalın artırılması və maya dəyərinin azaldılması hesabına təmin olunacağı gözlənilir. Kənd təsərrüfatı nazirinin müavini Zaur...
Sürücülərin kabusu: Bir neçə səhv və vəsiqə əldən gedir – Bal limitinin artırılması gündəmdə
Bakıda sükan arxasında olmaq əvvəlki illərlə müqayisədə daha çətin olub. Yeni avtobus zolaqları, dayanma-durma qaydalarına ciddi nəzarət, çoxsaylı kameralar və...
Nizami rayonunda 30 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb – VİDEO
Nizami rayonunda 30 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb. Cənubtv.az-a istinadən Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi...
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olundu – VİDEO
Naxçıvanda hökm sürən əlverişsiz hava şəraitinin davam etməsi səbəbi ilə Azərbaycan Hava Yollarının (AZAL) 14 iyun 2026-cı il tarixi üçün...
Sumqayıtda əyilmiş elektrik dirəkləri problemi ilə bağlı rəsmi AÇIQLAMA – VİDEO
Sumqayıt şəhərinin Hafiz Baxış küçəsinin sakinləri Baku TV-nin qaynar xəttinə müraciət ediblər. Onların Baku TV-yə dedikləri sözlərə görə, ərazidəki elektrik...
Tailandda polis əməkdaşı taksi sürücülərini güllələdi, ölən və yaralananlar var
Tailandın paytaxtı Banqkokda sərhəd polisi əməkdaşı mototaksi sürücüləri ilə baş verən mübahisədən sonra silahdan istifadə edib. Nəticədə bir nəfər ölüb,...
Average Rating