Dam örtüyünü dəyişərkən faciə baş verdi: Fəhlə hadisə yerində öldü
Qaradağ rayonunun Sahil qəsəbəsində yerləşən kərpic zavodunda faciəli hadisə baş verib.
Belə ki, 1996-cı il təvəllüdlü Əfqan Babayev zavodun dam örtüyünü təmir edərkən ayağı sürüşərək yıxılıb və dünyasını dəyişib.
Zavodun məsul şəxsi Orxan Həsənzadənin sözlərinə görə, hadisə dam örtüyünün dəyişdirilməsi zamanı baş verib:
“Bütün təhlükəsizlik tədbirləri görülmüşdü. Kaskalar və kəndirlər mövcud idi. Hadisə işçinin məsuliyyətsizliyi nəticəsində baş verib. İstintaq prosedurları yekunlaşdıqdan sonra işçinin necə yıxıldığı dəqiqləşəcək”.
Ətraflı Baku TV-nin süjetində:

Bakıda fəhlə faciəli şəkildə ölüb.
Cenubtv.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilir ki, hadisə paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsinin ərazisində yerləşən kərpic zavodunda qeydə alınıb.
Vurğulanıb ki, zavodun təmir işləri aparan 1996-cı il təvəllüdlü Əfqan Babayevin dam örtüyündən yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
“İşə getsən, səni öldürəcəyəm” dedi, arvadını baltaladı – Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
Ağdamda həyat yoldaşını baltalamaqda təqsirləndirilən Ceyhun Salahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki,...
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb. Cenubtv.Az "Report"a istinadən xəbər verir ki, hadisə Yaşma bağları ərazisində yerləşən fərdi...
Otağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı
Şəmkirdə əkiz qardaşlar arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. Cenubtv.Az APA-ya istinadən xəbər verir ki, rayon sakini, 2008-ci il...
Tovuzda qadın dəm qazından boğularaq öldü
Tovuzda dəm qazından zəhərlənmə ölümlə nəticələnib. Cenubtv.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, rayon...
Bakıda avtomobillər toqquşdu: BYD aşdı – Video
Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə zamanı "BYD" və "Toyota" markalı avtomobillər toqquşub. Toqquşma...
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var – Foto
Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az "Report"a istinadən xəbər verir ki, hadisə Sülh prospektində qeydə alınıb. "Mercedes" markalı minik avtomobili...
Average Rating