Gələn il minimum aylıq əməkhaqqı ARTIRILIR? – AÇIQLAMA
Bildiyiniz kimi hazırda Azərbaycanda minimum ayılıq əməkhaqqı 345 manat təşkil edir. Bəs görəsən önümüzdəki il minimum əməkhaqqı artırıla bilər?
Məsələ ilə bağlı iqtisadi Eyyub Kərimli Cənubtv.az Sonxeber.az-a istinadən açıqlama verib.
“Növbəti ildən minimum əməkhaqqının qaldırılması aktual mövzu olmayacaq. Bildiyiniz kimi bu il minimum əməkhaqqının məbləği qaldırılmışdı. Bunun isə özünə məxsus səbəbləri vardı. İlk növbədə inflyasiya faizlərinin yüksək olduğu üçün minimum əməkhaqqının qaldırılmasını zərurət yaratdı.
Rəsmi proqnozlara əsasən gələn il inflyasiya daha aşağı olacaq. Bu göstəricilər bu ilə nisbətən 5-6 faiz civarında olacaq. Bu da öz növbəsində minimum əmək haqqının qaldırılmasında zəmin yaratmır. Digər tərəfdən minimum əməkhaqqının qaldırılması sahibkarlıq və özəl sektorun yükünü artırır. Sosial müdafiə xərclərinin artmasına səbəb olur. Hesab edirəm ki, minumum əməkhaqqının qaldırılmasına daha balanslı yanaşmağa ehtiyac var. Bu baxımdan növbəti ildə minumim əmək haqqının qaldırılması aktual olmayacaq”.
Gülcahan Məmmədova
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
17 oktyabr 2026 qəhrəman şəhid Cəfərov Ayxan Camaləddin oğlunun anım günü
17 oktyabr 2026-cı il tarixində qəhrəman şəhidimiz Cəfərov Ayxan Camaləddin oğlunun anım günümərasimi Cəlilabad rayonunun Üçtəpə kəndində, ata ocağında...
Cəlilabadda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
https://youtu.be/RPVVvpsf-K8
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
“Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır” – Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?
Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda...
Heyvanlara işgəncə verənləri hansı cəza gözləyir? – Foto
Hər il oktyabrın 4-ü bütün dünyada Ümumdünya Heyvanların Mühafizəsi Günü kimi qeyd olunur. Lakin həmin gün heyvana qarşı amansızlıq faktı...
Average Rating