Sel səbəbindən təhlükəli vəziyyətdə qalan vətəndaşlar təxliyə ediliblər – FOTO/VİDEO
smayıllda çaya sel gəlməsi səbəbindən təhlükəli vəziyyətdə qalan vətəndaşlar təxliyə ediliblər.
Oxu.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə İsmayıllı rayonu, Mollaisaqlı kəndində çaya sel gəlməsi səbəbindən vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb ediliblər.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, intensiv yağan yağışlar nəticəsində çaya sel gəlməsi səbəbindən Mollaisaqlı kəndində vətəndaşlar təhlükəli vəziyyətdə qalıb.
Xilasedicilər xilasetmə vasitələrindən istifadə etməklə təhlükəli vəziyyətdə qalan vətəndaşlar, 1978-ci il təvəllüdlü Raqif Elman oğlu Şirinov, 1981-ci il təvəllüdlü Cəlil Ağasif oğlu Bağıyev, 1981-ci il təvəllüdlü Etiram Niyazi oğlu Bağıyev və 1980-ci il təvəllüdlü Abuzər Qurban oğlu Şirinovu sel gəlmiş ərazidən keçirərək təhlükəsiz əraziyə təxliyə ediblər.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
17 oktyabr 2026 qəhrəman şəhid Cəfərov Ayxan Camaləddin oğlunun anım günü
17 oktyabr 2026-cı il tarixində qəhrəman şəhidimiz Cəfərov Ayxan Camaləddin oğlunun anım günümərasimi Cəlilabad rayonunun Üçtəpə kəndində, ata ocağında...
Cəlilabadda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
https://youtu.be/RPVVvpsf-K8
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
“Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır” – Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?
Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda...
“İşə getsən, səni öldürəcəyəm” dedi, arvadını baltaladı – Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
Ağdamda həyat yoldaşını baltalamaqda təqsirləndirilən Ceyhun Salahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki,...
Average Rating