Sabunçuda dəhşətli mənzərə: Narkotik, oğurluq, İİV xəstəsi və kimsəsiz uşaqlar eyni evdə… – VİDEO/FOTO
Sabunçu rayonunda eyni ailəyə məxsus bir neçə uşaq baxımsız vəziyyətdə yaşayır.
Oxu.Az-a istinadən Cenubtv.az xəbər verir ki, bununla əlaqədar Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib. O bildirib ki, ailə üzvləri sosial şəbəkə üzərindən birliyə məlumat verərək, iki uşağı sığınacağa yerləşdirmək istədiklərini söyləyiblər:
“Bir ailənin sosial təhlükəli kimsəsiz və baxımsız vəziyyətdə olması ilə bağlı təşkilatımıza müraciət daxil oldu və dərhal əraziyə gəldik.
Burada yaşayan uşaqlar çox acınacaqlı vəziyyətdədirlər. Bir evdə bir neçə ailə yaşayır. Ailədə hazırda həbsdə olan, narkotik istifadə edən, oğurluğa görə həbs edilmiş, İİV xəstəsi fərdlər var. İki uşaq ümumiyyətlə valideyn himayəsindən məhrum olub, nənənin, bibinin və əminin yanında yaşayır”.
Kəmalə Ağazadə aidiyyəti orqanlara müraciət edərək, təcili şəkildə durumla əlaqədar addım atılmasını istəyib.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabad bələdiyyəsinin rəhbərliyində kadr dəyişikliyi baş tutub.
Cenubtv.az-ın əldə etdiyi məlumata görө, bələdiyyədə keçirilən iclasda qurumun sədr müavini Rafiq Rüstəmov səs çoxluğu ilə bələdiyyənin yeni sədri seçilib....
Cəlilabadda “20 oktyabr – Energetiklər Günü” qeyd edilib
Cəlilabad rayonunda “20 oktyabr – Energetiklər Günü” qeyd edilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparat əməkdaşları, hüquq-mühafizə orqanlarının...
17 oktyabr 2026 qəhrəman şəhid Cəfərov Ayxan Camaləddin oğlunun anım günü
17 oktyabr 2026-cı il tarixində qəhrəman şəhidimiz Cəfərov Ayxan Camaləddin oğlunun anım günümərasimi Cəlilabad rayonunun Üçtəpə kəndində, ata ocağında...
Cəlilabadda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
https://youtu.be/RPVVvpsf-K8
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
Average Rating