Mədət Quliyev “ Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler ilə görüşüb
Mədət Quliyev “İDEF-2023” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler ilə görüşüb
İyulun 27-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev İstanbulda keçirilən “İDEF-2023” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler ilə görüşüb.
Milli müdafiə naziri təyin edilməsi münasibətilə Yaşar Güleri təbrik edən Mədət Quliyev daha sonra Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində olan uğurlu əməkdaşlıq barədə danışıb.
Görüş zamanı qarşılıqlı hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olunub və digər maraq doğuran məsələlər haqda geniş fikir mübadiləsi aparılıb.
Tərəflər faydalı müzakirələrin baş tutduğu görüşün əhəmiyyətini yüksək qiymətləndiriblər.
Qeyd edək ki, 25-28 iyul tarixlərində keçirilən “İDEF-2023” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müxtəlif növ atıcı silahlar, yaxın məsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və s. daxil olmaqla 131 adda müdafiə təyinatlı məmulatlar nümayiş etdirilir.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda 18 yaşlı gənc çayda boğularaq həyatını itirdi.
https://youtu.be/9w9gymmzBEw
Cəlilabad Rayon Peşə Məktəbində keçirilən “Giləmeyvə Açıq Qapı Günü” tədbiri keçirilmişdir
https://youtu.be/25d-fVy9RuI
Cəlilabadda 28 May-Müstəqillik Gününün 108-ci ildönümü qeyd edilib
https://www.youtube.com/watch?v=J7KViWRg2eM
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cəlilabad Tibb Kolleci tədbir keçirilmişdir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cəlilabad Tibb Kolleci tələbələrinin birgə əməyi ilə ərsəyə gələn bu möhtəşəm flaşmob gənclərin enerjisini, komanda ruhunu...
Cəlilabadda Ümummilli Liderin anadan olmasının 103-cü ildönümü qeyd edildi VİDEO
https://youtu.be/3zZuEa4nU1s
Average Rating