İcra başçısı: “Heç kimə rüşvət verilməməlidir”
“Qanunsuz tikintilər aparılmamalıdır. Hər bir qanunamüvafiq aparılan tikintinin tərəfdarıyam və hər zamanda dəstəkləyirəm. Cəlilabad rayonunda qanunamüavafiq şəkildə aparılıan tikintinin qarşısı alınmır və alına da bilməz.” – bu fikirləri Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Çinarlı kəndində keçirdiyi səyyar görüşdə bildirib.
İcra başçısı daha sonra bununla bağlı daim irəli sürdüyü üç tələbin olduğunu da açıqlayıb:
“Birinci tələbim odur ki, heç kimə rüşvət verilməməlidir. Vəzifəyə təyinat alandan elan eləmişəm ki, rayonda birmənalı olaraq rüşvət olmamalıdır. Fürsətdən istifadə edib, bir daha elan edirəm: kim, hansı vəzifə sahibi sizdən rüşvət tələb edirsə bizə məlumat verin.
İkinci tələbim odur ki, inşa edilən obyekt gözəl olmalı, qarşısı abadlaşdırılmalı və binanın forma və məzmunu ətrafın memarlıq üslubuna uyğun olmalı, gecə işıqlandırılması quraşdırlamalıdır. Hətta qarşısnda avtodayanacağı da olmalıdır.
Üçüncü tələbim odur ki, inşa edilən tikinti mühafizə zolağında olmamalıdır.
Bu tələbləri yerinə yetirənlərə hər zaman yaşıl işıq yandırılıb. Başqa bir tələbimiz yoxdur.
Allah xeyrinizi versin. Hətta beş kvadratlıq yerin inşası artıq bir nəfərin işlə təmin olunması deməkdir
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabad bələdiyyəsinin rəhbərliyində kadr dəyişikliyi baş tutub.
Cenubtv.az-ın əldə etdiyi məlumata görө, bələdiyyədə keçirilən iclasda qurumun sədr müavini Rafiq Rüstəmov səs çoxluğu ilə bələdiyyənin yeni sədri seçilib....
Cəlilabadda “20 oktyabr – Energetiklər Günü” qeyd edilib
Cəlilabad rayonunda “20 oktyabr – Energetiklər Günü” qeyd edilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparat əməkdaşları, hüquq-mühafizə orqanlarının...
17 oktyabr 2026 qəhrəman şəhid Cəfərov Ayxan Camaləddin oğlunun anım günü
17 oktyabr 2026-cı il tarixində qəhrəman şəhidimiz Cəfərov Ayxan Camaləddin oğlunun anım günümərasimi Cəlilabad rayonunun Üçtəpə kəndində, ata ocağında...
Cəlilabadda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
https://youtu.be/RPVVvpsf-K8
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
Average Rating