Cəlilabadda “Məişət zorakılığına son” mövzusunda maarifləndirici tədbir keçirilib

Read Time:1 Minute, 10 Second
30 mart 2023-cü il tarixində Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli 2307 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq “Məişət zorakılığına son” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının böyük məsləhətçisi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xumarə Xəlilova, aparıcı məsləhətçi-komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Günay İbadova, Cəlilabad Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru Anar Atakişiyev, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Loğman Eynullayev, Heydər Əliyev Mərkəzinin direktoru Ofeliya Qəhrəmanova, ümumtəhsil müəssisələrində təhsil alan X-XI sinif şagirdləri və tələbələr iştirak etmişdir.
Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xumarə Xəlilova çıxış edərək insan hüquq və azadlıqlarının qorunmasından, eləcə də məişət zorakılığı hallarına qarşı mübarizədə qanunvericilik bazasından söz açıb. Qanunlarımızla vətəndaşların hüquqlarının qorunduğunu diqqətə çatdıran natiq məişət zorakılığına qarşı mübarizədə hər kəsi əməkdaşlığa çağırıb. Hər bir fərdin cəmiyyətin bir parçası olduğunu, məişət zorakılığı hallarının baş verdiyi ailələrdə ən çox əziyyət çəkənin məhz uşaqlar olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən iştirakçılar məişət zorakılığı, onun fəsadları, zorakılığın qarşısının alınması üçün görülən tədbirlər haqqında geniş danışmış, maarifləndirici məlumatlar vermiş, şagird və tələbələri maraqlandıran sualları cavablandırmışlar.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Mənzil istismar sahəsi tərəfindən görülən işlər
Next post Vətəndaşın yanmış evi sahibkar tərəfindən inşa ediləcək.
Greenhouse & drip irrigation systems. Three phase az distributors.