Cəlilabad rayonu Fərzili kənd məktəbin müəllimi Şəhid Rəhimov Turalın xatirəsinə həsr olunmuş tədbir
Read Time:45 Second
Martın 17-də Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində Vətən müharibəsində şəhid olmuş Cəlilabad rayonu Fərzili kənd ümumi orta məktəbin kimya-biologiya müəllimi Rəhimov Tural Arif oğlunun xatirəsinə həsr olunmuş VIII–IX sinif şagirdləri arasında keçirilən kimya və biologiya fənləri üzrə fənn müsabiqəsinin qaliblərinin mükafatlandırma tədbiri keçirilib.
Tədbirdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəhbərliyi, sektor müdirləri, ümumi təhsil müəssisələrinin direktorları, şagirdlər, onların valideynləri və şəhid müəllim Tural Rəhimovun ailə üzvləri iştirak edib.
Sonda fənn müsabiqəsinin qalibləri, müsabiqə suallarının hazırlanmasında əməyi olan müəllimlər və şəhid müəllim Tural Rəhimovun qızı Yağmur Rəhimova təltif edilib.
Altun və Qanun nəşriyyatın təşkilatçılığı ilə müsabiqənin qaliblərinə kitablar hədiyyə olunub.
Qeyd edək ki, fənn müsabiqəsinin final mərhələsində 37 şagird biologiya, 26 şagird kimya fənni üzrə müsabiqədə iştirak edib. Onlardan 9 şagird biologiya, 7 şagird kimya fənni üzrə final turunun qalibi olub.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45
Mail:Cenubtv.az@gmail.com
More Stories
Cəlilabadda 18 yaşlı gənc çayda boğularaq həyatını itirdi.
https://youtu.be/9w9gymmzBEw
Cəlilabad Rayon Peşə Məktəbində keçirilən “Giləmeyvə Açıq Qapı Günü” tədbiri keçirilmişdir
https://youtu.be/25d-fVy9RuI
Cəlilabadda 28 May-Müstəqillik Gününün 108-ci ildönümü qeyd edilib
https://www.youtube.com/watch?v=J7KViWRg2eM
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cəlilabad Tibb Kolleci tədbir keçirilmişdir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cəlilabad Tibb Kolleci tələbələrinin birgə əməyi ilə ərsəyə gələn bu möhtəşəm flaşmob gənclərin enerjisini, komanda ruhunu...
Cəlilabadda Ümummilli Liderin anadan olmasının 103-cü ildönümü qeyd edildi VİDEO
https://youtu.be/3zZuEa4nU1s
Average Rating