Rafiq Cəlilov şəhid Qadir Heydərovun məzarını ziyarət edib
Read Time:56 Second

Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Vətən müharibəsi şəhidi Heydərov Qadir Ədalət oğlunun Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki məzarını ziyarət edib.
Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhuna dua oxunub. RİH başçısı şəhidin məzarı önünə tər güllər düzüb.
Qadir Ədalət oğlu Heydərov 11 may 1998-ci ildə Cəlilabad rayonunun Əsədli kəndində anadan olmuşdur. O, 2016-cı ilin oktyabr ayında Cəlilabad rayonundan hərbi xidmətə yollanıb və 2018-ci ildə xidməti başa vuraraq evə qayıdıb. Qadir Heydərov İkinci Qarabağ savaşı başlanan gündən səfərbərliyə qoşulub ön cəbhəyə gedib. Qəhrəman döyüşçü kimi Qubadlı, Zəngilan, Cəbrayıl istiqamətlərində gedən qızğın döyüşlərdə fəal iştirak edib.
Heydərov Qadir Ədalət oğlu 29 oktyabr 2020-ci ildə Qubadlı döyüşləri zamanı şəhid olub. 22 yaşlı şəhidimiz Qadir Heydərov Abşeron rayonunun Mehdiabad qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən Qadir Heydərov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45
Mail:Cenubtv.az@gmail.com
More Stories
ŞANLI ZƏFƏRƏ GEDƏN YOL
Bu gün Cəlilabad rayon Veteranlar Təşkilatı hərb tariximizə qızıl hərflərlə yazılmış Aprel döyüşlərinin 10 illiyi münasibəti ilə tədbir keçirib. Tədbir...
Cəlilabadda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib
https://www.youtube.com/watch?v=G1I3rktm28o&feature=youtu.be
Cəlilabadda Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib
https://www.youtube.com/watch?v=EYoAzMIIvbc
Cəlilabadda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
https://www.youtube.com/watch?v=0jdTWi3UW6g
Cəlilabadda “Yaradıcı zərif əllər ” adlı festival keçirilib.
https://www.youtube.com/watch?v=D8njrz0unqU
Cəlilabadda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
https://www.youtube.com/watch?v=lVxI-HoOqc0
Average Rating