Şamaxının Göylər kəndi susuz qaldı: 12 minə yaxın sakin çətin vəziyyətdədir – VİDEO
Şamaxının 12 minə yaxın sakini olan Göylər kəndi su üzünə həsrət qalıb.
Xezerxeber.az-ın məlumatına görə, kəndlilər bildirirlər ki, dərdlərinə carə tapılmır.
Əvvəllər su götürdükləri bulaqlar quruyub. Kənddə artıq demək olar ki, su yoxdur.
Sakinlər bildiriblər ki, ehtiyaclarını yağış suyu hesabına ödəyirlər. Ya da su üçün kənddən 1 kilometr aralıda yerləşən bulağa gedirlər. Məcburiyyətdən bəzən 40 manat verib maşınla su gətizdirirlər.
Məsələ ilə bağlı kənd bələdiyyəsinin sədri Çingiz Kərimov bildirib ki, problemin kompleks həlli üçün külli miqdarda vəsait lazımdır.
Sədr həmçinin əlavə edib ki, yaxın zamanlarda aidiyyəti qurumlar tərəfindən məsələ ilə bağlı müsbət cavabın verilməsinə ümid edilir.
Daha ətraflı süjetdə:
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda Ümummilli lider Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinin 57-ci ildönümü qeyd olunub
Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinin 57-ci ildönümünə həsr olunmuş tədbir...
Səbuhi Məmmədov və Arzu Musayeva həbs olundu – 300 nəfərdən çox zərərçəkən var
Son aylarda ölkənin virtual məkanında “*Ponzi*” sxemi əsasında fəaliyyət göstərən “*Any Unboxing*” adlı onlayn maliyyə dələduzluq piramidası vasitəsilə vətəndaşların pul...
Çəyirtkə sürüsü Abşeron yarımadasını niyə basıb? – FOTO – VİDEO
Abşeron yarımadası ərazisində yayılan çəyirtkə Misir çəyirtkəsinə bənzəyir". Cənubtv.Az Oxu.Az-a istinadən bildiri ki, Canlı Sistemlərin Tədqiqi İnstitutu PHŞ əməkdaşı biologiya...
Tbilisi–Bakı qatarına alınan biletlərin statusunun “etibarsız” görünməsinin SƏBƏBİ
Tbilisi-Bakı istiqamətində qatar bileti alan bəzi sərnişinlər Azərbaycan Dəmir Yollarının (ADY) onlayn bilet sistemində problemlə üzləşdiklərini bildirirlər. Bu barədə Cənubtv.Az...
“Yeddi daş”dan sosial şəbəkəyə yuvarlanan uşaqlıq
Samir İsayev yazır... Parlament sosial şəbəkədə yaş məhdudiyyətinin tətbiqi ilə bağlı qanun layihəsini üçüncü oxunuşda qəbul etdi. Vətəndaşların əksəriyyəti bu...
Average Rating