Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentinin komandanlığının diqqətinə çatdırır ki, üçtərəfli Bəyanatın bəndlərinin yerinə yetirilməsi qeyd-şərtsiz və tam təmin edilməlidir. Bildiririk ki, Qarabağ iqtisadi rayonu ilə Ermənistan Respublikası arasında yeganə istifadə oluna biləcək avtomobil yolu Xankəndi-Laçın yoludur. Rusiya sülhməramlı kontingentinin komandanlığına bir daha xatırladırıq ki, başqa marşrutlar üzrə hərbi və digər təyinatlı daşınmaların həyata keçirilməsi qəti surətdə yolverilməzdir. Xatırladırıq ki, Ermənistandan Qarabağ iqtisadi rayonuna silah-sursat, digər hərbi təchizat, o cümlədən minalar, yanacaq və canlı qüvvənin daşınması faktları bundan əvvəl də müəyyən olunmuşdur. Qeyd olunan marşrut üzrə minaların daşınması ilə əlaqədar Azərbaycan tərəfi dəfələrlə beynəlxalq ictimaiyyəti xəbərdar etmişdir. Əlavə olaraq bildiririk ki, 2022-ci ildə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin nümayəndələrinin Ermənistan tərəfindən basdırılan və sonradan aşkar edilən minalara baxış üçün əraziyə səfərləri də təşkil edilmişdir. Bu gün baş vermiş insident bir daha Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasının zəruri olduğunu göstərir. Ermənistanın yenə də Azərbaycanın Qarabağ iqtisadi rayonuna hərbi daşınmaları hayata keçirməsi faktı bu ölkənin Azərbaycana qarşı davam edən təcavüzü və terror siyasətidir. 14:00 Azərbaycan ordusu Qarabağda erməni təxribatına cavab verib. Oxu.Az Ermənistan KİV-ə istinadən məlumat verir ki, təxribata qarşı keçirilən cavab əməliyyatları nəticəsində erməni qanunsuz silahlı birləşməsinin üç üzvü məhv edilib. Qeyd edilib ki, suveren Azərbaycan torpaqlarında separatçılıqla məşğul olan və təxribat törədən polkovnik-leytenant Armen Babayan, mayor David Danielyan və leytenant Ararat Qasparyan öldürülüb. Leytenant David Ovsepyan isə yaralanıb. 13:26 Azərbaycanın Xankəndi şəhərində yaşayan ermənilər şəhər ətrafından güclü silah səslərinin gəldiyini bildirirlər. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilib ki, Azərbaycan öz ərazisində erməni təxribatına qarşı əməliyyat keçirir. Erməni tərəfi iddia edir ki, nəticədə bir separatçı ölüb, bir nəfər isə yaralanıb. Qeyd edək ki, Qarabağda baş vermiş istənilən təxribatın səbəbkarı Nikol Paşinyan və onun rəhbərlik etdiyi Ermənistan hökumətidir. Azərbaycanın suveren ərazisində heç bir əlavə separatçı silahlı dəstə, hansısa bir bölücü fəaliyyət yolverilməzdir.

ByRÖVŞƏN MEHDIYEV

Mar 5, 2023

Ukraynadakı müharibənin gedişatında dəyişikliklər müşahidə olunduqca Qərblə Rusiya bir-birinə qarşı strateji həmlələrini gücləndirir. Belə kəskin strateji rəqabət hər iki dövləti bir-birinin nüfuz sahələrinə girməsini, orada kəşfiyyat-siyasi fəaliyyətlərini gücləndirməsini şərtləndirir. Özünə gün ağlamaq istəyən ölkələr isə kəskinləşən qütbləşmənin ortasında əzilməmək üçün seçim etmək məcburiyyətindədirlər. Bu seçim daha neytral və təhlükəli risklərlə üzləşməmək üçün yeni platformalar inşa edib, onun üzərində möhkəm dayanmaq prinsiplərinə söykənir.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Elə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin İstanbul şəhərinə səfərə gedərək həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü də eyni strateji məntiqin paylaşılmasına əsaslanırdı. İlham Əliyevin Vahdetdin Köşkündə Türkiyə Prezidenti ilə danışıqlarının pərdəarxası Münhen Təhlükəsizlik Konfransından sonra baş verə biləcək hadisələrə hazırlığın koordinatlarını müəyyən etməkdən ötrü vacib idi.

Türkiyədə gözlənilən prezident seçkiləri də həmin qaranlıq tunellərin içərisində yer alan məsələdir. Üstəlik, ölkəyə ağır zərbə vuran silsilə zəlzələlər Ankaraya daxili və xarici siyasətdə problemlər yaradır.

Nəzərə almaq lazımdır ki, Azərbaycan başqa bir coğrafiyaya da pəncərə açır, söhbət İraq Kürdüstan Regionundan gedir. Bakının Şimali Kürdüstanla əlaqələrdə temp yaratmaq cəhdləri yeni də deyil, lakin indi dəyişən dünya nizamında praktiki aspektlərin həyata keçirilməsini aktuallaşdırır. Bu, Türkiyənin də strateji maraqları ilə üst-üstə düşür, Bakı-Ankara-İraq Kürdüstanı üçbucağının mahiyyəti daha genişmiqyaslı təhdidlərin önlənməsi üçün mexanizm roluna yiyələnməlidir. Kürdüstanla əlaqələr həm energetika sahəsində əməkdaşlığı stimullaşdırır, həm də PKK-ya qarşı mübarizənin vektorlarını müəyyən edən təsnifat kimi dəyərləndirilir.

Proseslər, danışıqlar, gedişatlar Rusiya ilə Qərbin mübarizə ruhunu mənfi mənada təzələyərək rəqabətin arealına böyük təsir göstərir. Hadisələri və ya görüşləri bir-birilə əlaqələndirmək üçün digər məsələlərə də diqqət etmək lazımdır. Məsələn, fevralın 27-28-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər etdi. Onun Prezident İlham Əliyevlə və xarici işlər naziri Ceyhun Bayramovla müzakirələrinin dərin qatları qlobal çərçivələrlə Cənubi Qafqazda Moskvanın planlarını öndə tutmaq niyyətlərinə əsaslanırdı. Azərbaycanın regional oyunçuluqda artan rolu, Türkiyə ilə strateji müttəfiqlik əlaqələrinin nəticələri Rusiyanı daha diqqətli manevrlərə vadar edir. Kreml yenidən Bakı-Ankara-Moskva triosunu canlandıraraq Qərbi Azərbaycan-Ermənistan sülh danışıqlarından sıxışdırmağı, NATO-nun Ukraynadakı müharibədə hibrid iştirakının qisasını almağı hədəfləyir. Azərbaycan isə Avroatlantik məkanın təhlükəsizliyinə və bölünməzliyinə dəstək verdiyindən o, maneraların tamamilə Rusiyanın əlində cəmləşməsində maraqlı deyil. Moskva da bunu başa düşür. Rusiya Ermənistanın Qərbin qucağında oturub Moskvaya meydan oxumaq cəhdlərinin nəticə verməməsi üçün Azərbaycanla əməkdaşlığı tərəfdaşlıq əsasında inkişaf etdirməkdə maraqlıdır.

Lavrovun səfəri Azərbaycan-Ermənistan danışıqlarında Bakının xeyrinə olan sülh modelinin Rusiyanın planında olduğunu göstərir. Hərçənd ki, Kreml hələ də oyun quraraq mübahisəli məsələləri uzatmaq qabiliyyətini itirməyib. Ermənistan bunun əzablarını daha çox sərhəddə çəkə bilər, çünki İrəvan Azərbaycanın delimitasiya və Zəngəzur dəhlizinin açılması tələblərini yerinə yetirməkdən boyun qaçırır. Məntiqlə İrəvanın belə qeyri-müəyyən davranışlarının ucları Rusiyaya da toxunur. Ən azından bu iki səbəbə görə Moskva bu kontekstdə İrəvana qəzəblənir.

Birincisi, Azərbaycan sərhədlərin delimitasiyası üçün Rusiyanın Baş Qərargahında saxlanılan keçmiş xəritələrə istinad edilməsində maraqlıdır. Moskva isə bunu münasibətlərin tənzimlənməsində dominantlığını saxlamaq üçün istifadə etməyə çalışır. İkincisi, Zəngəzur dəhlizi beynəlxalq nəqliyyat marşrutlarında yeni nəfəslik olacaq və Rusiya tədarük yollarını əldə saxlamaq üçün həmin layihəyə dəstək verir. Ermənistan isə Rusiyanın deyil, Qərbin maraqlarını daha çox prioritetdə saxlayır. Bütün bunlar Moskvanın nəticə çıxarması üçün əsasdır.

Ümumiyyətlə, Sergey Lavrovun Bakıya səfəri obyektivləri böyüdüb daha geniş planda baxış üçün əsaslar verir. Sanki ABŞ dövlət katibi Antoni Blinken Lavrovun səfərinə cavab olaraq Mərkəzi Asiyanın iki ölkəsinə – Qazaxıstan və Özbəkistana turneyə çıxır. Nəzərə almalıyıq ki, Lavrov Bakıdan Ermənistan üçün xoş olmayan mesajlar verdi, ardınca isə İrəvan parlament sədri Alen Simonyan səviyyəsində ağı deyərək ahu-zar etdi. Məntiqlə, ABŞ Ermənistanı xilas edə bilməyəcəyini anlayır və əvəz olaraq Rusiyanın Cənubi Qafqazdakı maraqlarının Mərkəzi Asiya ilə bağlantılarını qoparmaq istəyir.

Beləliklə, Qərblə Rusiyanın postsovet məkanında yarışa girməsi Azərbaycan və Türkiyəni, Türk Dövlətləri Təşkilatını daha çevik addımlar atmağa vadar edəcək…

Loading

Spread the love

By RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir