Rusiyada 10 il əvvəl müəmmalı ölümün baş verdiyi evdə daha iki cəsəd tapıldı – FOTO/VİDEO
Moskvada rieltor biznesmen ər-arvadın meyitləri tapılıb.
Bildirilir ki, 53 yaşlı Pavel və 49 yaşlı Mariya Sorokinlərin daşınmaz əmlakın kirayəsi və satışı ilə bağlı biznesi olub. Onlar uzun müddət qohumları ilə əlaqə saxlamayıblar: heç biri zənglərə cavab verməyiblər, yaşadıqları mənzilin qapısını açan olmayıb. Bundan narahat olan qohumlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına xəbər veriblər.
Polislər mənzili açanda Pavel və Mariyanın öldüyünü görüblər. Mənzildə qan izləri, sınmış qablar və səpələnmiş əşyalar olub.
Polis və prokurorluq orqanları araşdırma aparır, ikiqat qətl versiyası nəzərdən keçirilir.
Maraqlıdır ki, mənzil əvvəllər casusluqda ittiham olunan Yevgeni Çiçvarkinə və onun valideynlərinə məxsus olub. Qaçaq oliqarxın anası 2010-cu ilin aprelində məhz bu mənzildə müəmmalı şəraitdə dünyasını dəyişib. Həmin vaxt müxtəlif şayiələr yayılıb. Lakin bildirilib ki, Lyudmila Gennadiyevna mətbəxdə metlaxın üstündə sürüşüb və başı masanın küncünə dəyib, nəticədə o ölüb.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
17 oktyabr 2026 qəhrəman şəhid Cəfərov Ayxan Camaləddin oğlunun anım günü
17 oktyabr 2026-cı il tarixində qəhrəman şəhidimiz Cəfərov Ayxan Camaləddin oğlunun anım günümərasimi Cəlilabad rayonunun Üçtəpə kəndində, ata ocağında...
Cəlilabadda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
https://youtu.be/RPVVvpsf-K8
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
“Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır” – Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?
Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda...
Heyvanlara işgəncə verənləri hansı cəza gözləyir? – Foto
Hər il oktyabrın 4-ü bütün dünyada Ümumdünya Heyvanların Mühafizəsi Günü kimi qeyd olunur. Lakin həmin gün heyvana qarşı amansızlıq faktı...
Average Rating