DİN-dən polis rəisinin cəzalandırılması ilə bağlı məsələyə REAKSİYA
DİN Ağcabədi Rayon Polis Şöbəsinin rəisi cəzalandırılması üçün təqdimat göndərilməsi məsələsinə reaksiya verib.
DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Ağcabədi Rayon Polis Şöbəsinin rəisinin guya cəzalandırılması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir.
Polis orqanının rəisinin intizam məsuliyyətinə cəlb edilməsi yalnız ölkənin daxili işlər nazirinin səlahiyyətinə aiddir. Odur ki, əminliklə deyə bilərəm ki, Ağcabədi Rayon Polis Şöbəsinin rəisi barədə hər hansı tənbeh növü tətbiq edilməyib.
15:01
Ağcabədi Rayon Polis Şöbəsinin rəisi cəzalandırıla bilər.
“Trend”in məlumatına görə, bu barədə İnsan Haqları üzrə Müvəkkilin (Ombudsman) ötən ilin yekunlarına dair hesabatında bildirilib.
Hesabatda qeyd edilir ki, ərizəçi Ombudsmana müraciət edərək, övladının Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən üç gün həmin şöbədə qanunsuz olaraq saxlanıldığını və bu müddət ərzində pis rəftara məruz qaldığını bildirib, məsələnin obyektiv araşdırılmasında və həmin polis əməkdaşları barəsində qanuni tədbirlərin görülməsində köməklik göstərilməsini xahiş edib.
Şikayətlə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanmış müraciətə verilmiş cavabda inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol tərtib edildikdən dərhal sonra məhkəməyə göndərmədiyi üçün Ağcabədi Rayon Polis Şöbəsinin rəisi barəsində İnzibati Xətalar Məcəlləsinin 596.2-ci maddəsi ilə inzibati icraat başlanaraq vəzifəli şəxsin intizam məsuliyyətinə cəlb edilməsi üçün aidiyyəti üzrə Azərbaycan Daxili İşlər Nazirliyinə təqdimat göndərildiyi bildirilib.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabad rayonunda təhsil işçilərinin konfransı keçirilib
27 avqust 2026-cı il tarixində Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayonu üzrə təhsil sektorunun əməkdaşlarının və rayonun təhsil işçilərinin iştirakı...
Qəbələdə həmkəndlisinin xanımı ilə münasibəti olan müəllim HƏBS EDİLDİ
Qəbələdə həmkəndlisinin xanımı ilə münasibəti olan kişi həbs edilib. Cenubtv.Az Lent.az-a istinadən xəbər verir ki, rayonun kəndlərindən birinin sakini, Ədalət Mirişov...
Ağsuda asfalt örtüyündə dərin çatlar və çökmələr əmələ gəlib – VİDEO
Ağsu aşırımında baş verən sürüşmə avtomobil yoluna da təsirsiz ötüşməyib. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsində, yolun 147 və...
“Doğuş” edən oyuncaqlar görənləri şoka saldı: “Açıq-aşkar cəmiyyəti pozurlar” – VİDEO
Uşaqlar üçün nəzərdə tutulan bəzi oyuncaqlar valideynlər arasında ciddi müzakirələrə səbəb olub. Söhbət hamiləlik və doğuş prosesini imitasiya edən kuklalardan...
İranda daha bir etirazçı edam edildi – FOTO
İranın Məhkəmə-Ədliyyə Sisteminin mətbu orqanı olan "Mizan Online" 2026-cı ilin yanvarında saxlanılan etirazçı Məcid Adinənin dar ağacından asıldığını açıqlayıb. Cenubtv.Az bu...
Əməkdar jurnalist Nurani dəfn olundu – FOTO
Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) dəfn edilib. Cenubtv.Az "Report"a istinadən xəbər verir ki, mərhumun nəşi Yasamal qəbiristanlığında, valideynlərinin yanında torpağa...
Average Rating