43 yaşını tamamlayan İlham Zəkiyev: “Karyeramı bitirmək barədə fikirləşmirəm”

Read Time:1 Minute, 45 Second

Bu gün Azərbaycan paralimpiya cüdoçusu İlham Zəkiyevin doğum günüdür. İkiqat Paralimpiya Oyunları, ikiqat dünya və səkkizqat Avropa çempionu, 2015-ci ildə keçirilmiş Avropa Oyunlarının qalibi 43 yaşını tamamlayır.

Doğum günü münasibətilə Zəkiyevlə əlaqə saxlayıb, hisslərini öyrəndik. İlham Zəkiyev Oxu.Az saytına açıqlamasında idmançı kimi özünü yaxşı hiss etdiyini, gücü çatdığı qədər yarışacağını bildirib:

“Diqqətinizə görə minnətdaram. Çoxlu təbrik mesajları alıram. İdmançı kimi özümü yaxşı hiss edirəm. Zədələrimi müalicə edib növbəti yarışlara hazırlaşıram. Mənim üçün yaş limiti yoxdur. Nə qədər davam edir, güləşəcəyəm, inşallah. Allah Azərbaycan bayrağı altında yarışan bütün idmançıları böyük zədələrdən qorusun. Karyeramı bitirmək barədə fikirləşmirəm”.

Məşhur paracüdoçu uğur əldə etdiyi bütün yarışların onun üçün unudulmaz olduğunu deyib. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra qalib ölkənin idmançısı kimi yarışmaq xüsusi motivasiyadır:

“Medal qazandığım görüşlərin hər biri saniyəsinə kimi yaddaşımdadır. İlk dəfə Yunanıstanın paytaxtı Afinada paralimpiya çempionu olmağım xüsusi idi. Pekində titulu qorumaq da fərqli hisslər bəxş etdi. Təkcə Londonda 3-cü qızılı qazana bilmədiyimə görə təəssüflənirəm. Avropa Oyunlarında isə Prezident İlham Əliyevin finala baxmağa gəldiyini dedilər. Orada tam başqa hisslər, məsuliyyət var idi. Son Tokio Paralimpiya Oyunlarını xüsusi vurğulamaq istəyirəm. Biz qalib ölkənin idmançıları kimi getmişdik. Hamı ora yüksək əhvali-ruhiyyə ilə qatılmışdı. Qalib ölkəni təmsil etmək xüsusi motivasiya, əlavə güc verir. İkinci görüşdə sol ayağımın iki barmağı sındı. Amma biz 44 günlük Vətən müharibəsi zamanı dəfələrlə şahid olduq ki, hərbçilərimiz yaralı vəziyyətdə də döyüşü davam etdirirlər. Ona görə də barmaqlarımın sındığını heç həkimlərə də bildirmədim. Sadəcə sarıdım və davam etdim. Ağrılara baxmayaraq, bürünc medalla Vətənə qayıtdım. Sağ olsun, dövlət başçısı də bunu yüksək qiymətləndirdi və məni 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi”.

Zəkiyev gələcək planlarından bəhs edib. O, bu il bir neçə beynəlxalq yarışda iştirak edəcəyini bildirib:

“Gələn həftə Misirin İsgəndəriyyə şəhərində Qran-pri yarışı start götürəcək. Martın 11-də yola düşəcəyik. Avqustda daha iki yarış olacaq. İngiltərədə dünya oyunları, Niderlandda Avropa çempionatı təşkil ediləcək. Sentyabrda Bakıda Qran-pri olacaq. İlin son yarışı isə dekabrda Tokioda keçiriləcək növbəti Qran-pridir. Hədəfdə gələn il Parisdə təşkil olunacaq Paralimpiya Oyunlarıdır. Ondan qabaq lisenziya yarışlarında reytinq xalları toplamalıyıq ki, orada mübarizə aparmaq imkanı qazanaq”.

 

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Türkiyədən Azərbaycana poçtla dərman göndərilməsinə məhdudiyyət var? – AÇIQLAMA + FOTO
Next post Putindən sonra nələr baş verəcək? Bakının təəccübləndirən üzü: İlya Varlamov “Danışaq?” layihəsində – VİDEO
Kontakt z redakcją wiadomosci lodz. Calum von moger vs sadik hadzovic workout motivation 2017.