Cəlilabad rayon Veteranlar Təşkilatı Zəfər Günü münasibəti ilə tədbir keçirib.
Cəlilabad rayon Veteranlar Təşkilatı Zəfər Günü münasibəti ilə tədbir keçirib. Veteranlar evində təşkil olunan tədbirdən öncə torpaqlarımızın işğaldan azad olunması uğrunda apardığımız haqq savaşında şəhid olan igidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman əmək və müharibə veteranlarını şanlı qələbə münasibəti ilə təbrik edib, bu qələbənin qazanılmasında Dövlət-Xalq-Ordu birliyinin sarsılmazlığını, möhtərəm prezident, Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik qüdrətini, qəhrəman əsgər və zabitlərimizin şücaətini xüsusi vurğulayıb.
Tədbirdə əmək və müharibə veteranları da çıxış edərək 44 gün davam edən Vətən müharibəsində əsgərlərimizin qəhrəmanlığından, qazanılan qələbənin böyük əhəmiyyətindən danışıblar, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə dövlətimizə öz minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda şəhidlərimizin anım günlərində fəal iştirak edənlərə rayon Veteranlar Təşkilatının Fəxri Fərmanları təqdim olunub.

![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
https://youtu.be/RPVVvpsf-K8
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
“Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır” – Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?
Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda...
Heyvanlara işgəncə verənləri hansı cəza gözləyir? – Foto
Hər il oktyabrın 4-ü bütün dünyada Ümumdünya Heyvanların Mühafizəsi Günü kimi qeyd olunur. Lakin həmin gün heyvana qarşı amansızlıq faktı...
Doğulan və ölənlərin sayı açıqlandı
2026-ci ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 48 954 doğulan körpə qeydə alınıb. Bu barədə Dövlət...
Average Rating