“Gücümüz Dəmir Yumruq Birliyindədir” içtimai birliyi olaraq vətənimizdə görülən işləri və bəzi işçilərin iş fəaliyyətlərini işıqlandıraraq cəmiyyətə çatdırırıq.
Bəli, cavan da, ahıl da mümkün qədər çox yaşamaq istəyir. Fəqət, heç də hamımız tez ölməyin, uzun ömür sürməyin, ən başlıcası isə, azar-bezarsız, gümrah, şad-şalayın yaşamağın təhərini bilmirik. Halbuki uzun illər, özü də xəstəliyin acı tamını dadmadan, hətta “əsirin bəlas” kimi qorxunc və heybətli bir ad qazanmış xərçəng xəstəliyinə, COVİD 19 viruslarına qalib gələrək, yaşamağı mümkün edən gecəli-gündüzlü məsuliyyətlə çalışan həkim briqadalarımız olmuşdur.
Yaranışın “əşrəfi”, “tacı” sayılan ali şüurlu İnsan bütün həyatı boyu, kimisi korafəhmlik, naşılıq və nadanlıq üzündən kimisi də bilə-bilə, şüurlu surətdə öz əliylə özünə balta vurur. Özü də bunu adi hal, həyat norması kimi qəbul edir.
İnsanları əsl mənada həqiqət aləmində üstün edən yalnız onların əməlləridir. Əgər bir insan dünyaya gələndən sonra yaxşı tərbiyə olunursa, elm, bilik, mərifətə yiyələnirsə, özünü maddi nemətlərin düşgünü olmaqdan, quluna çevrilməkdən xilas edib mənəviyyat aləminə ucalırsa, kamilləşərək öyrəndiyi elimi ilə peşə aləmində yüksəlirsə o digərlərindən üstün hesab edilir. Onunçün də həkimlərimizin iş fəaliyyəti və səhiyyəmizin xəstəliklərin tüğyan etdiyi bu dönəmdə iş pirinsipini öyrəndik:
“Gücümüz Dəmir Yumruq Birliyindədir” içtimai birliyi olaraq biz son zamanlar müxtəlif vaxtlarda Cəlilabad rayon Mərkəzi Xəstəxanasında olduq. Xəstəxanada yaradılan səliqə-səhman, həkimlərin qayğıkeşliyi, xəstələrin qayda-qanunlara riayyət etməsi diqqətimizdən yayınmadı.
Cəlilabad rayon Dioqinostika mərkəzində bəzi həkimlərimizlə apardığımız söhbətlərdən belə qənaətə gəldik ki, Respublikada Tibbi Sığorta Agentliyinin və Təbibin qanun tələblərini Cəlilabad rayon Mərkəzi Xəstəxanası vaxtında və qüsursuz yerinə yetirən ilk tibb müəsisələrindəndir. Həkimlərə bütün lazımi gigyenik məhsullarının, lazimi dəftərxana, dərman ləvazimatlarının və s. lazım olanların vaxtında verilməsi yüksək tibbi xidmətin olmasını təmin etmək deməkdir. Bu da Mərkəzi Xəstəxanada hərifiyyən yerinə yetirildiyini dedilər.Ən əsası rayon tibb müəsisəsinin kollektivinin əksəriyyəti mehribanlılıqla, gülər üzlülüklə, yüksək əhval-ruhiyyə ilə işini icra etməsi də diqqətimizdən yayınmadı.Onlardan bunun səbəbini soruşduqda cavabları belə oldu: Xəstəxanamızın direktoru Elnur Azadxanov hər iclasında biz tibb işçirinə belə bir tövsiyyə edir: Hər bir tibb işçimiz öz üzərinə düşən vəzifəsini namusla, vicdanla məsuliyyətlə icra edərsə şəffaflıq göz önündə olar. Heç vaxt xəstələrin qəlbinə dəyməyin. Onlara ayrılana göz dikənin gözü gec-tez oyulacaq! Biz komanda olaraq birlikdə hər bir işin öhdəsindən gəlməyi bacarmışıq, bacarırıq və bacarmalıyıq. Necə ki, “COVİD 19″virusu ilə mücadilədə komanda olaraq birlikdə mübarizə apardıq və naliyyətlər qazandıq.
“Gücümüz Dəmir Yumruq Birliyindədir” içtimai birliyi olaraq Rayon Mərkəzi Xəstəxanasında olduğumuz müddətdə tibb müəsisəsinin ümumilikdə vətəndaşlara xidmətin səviyyəsini, oraya müayinə və müalicəyə gələn xəstələrin də fikirləri biz üçün maraqlı oldu: Əksər vətəndaşlar şəkər dərmanlarının indi vaxtında və hər xəstəyə lazımi qədərində verilməsindən razı qaldıqlarını bildirdilər. Həkimlərin səylə çalışdıqlarından, tibb müəsisəsinin rəhbərliyi tərəfindən yaradılan qayda-qanunlardan, göstərilən yüksək səviyyədə xidmətlərdən razılıqla danışdılar.
“Gücümüz Dəmir Yumruq Birliyindədir” içtimai birliyi olaraq, orada gördüklərimizin və eşitdiklərimizin nəticəsi əsasında başda Cəlilabad rayon Mərkəzi Xəstaxanasının direktoru Elnur Azadxanov olmaqla bütün kollektivə məsuliyyətli və qürurverici peşələrində uğurlar arzulayırıq.
GÜCÜMÜZ DƏMİR YUMRUQ BİRLİYİNDƏDİR!